Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-17/2025 13.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İcra şöbəsinin rəisi X2 və Borclu iştirakı ilə icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2(023)-1192/2027 nömrəli icra vərəqəsinə əsasən Borclu 21 fevral 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən ayda 100 manat miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə verilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2(023)- 1192/2027 nömrəli icra vərəqəsinin icrası zamanı icra şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, qeyd olunan icra vərəqəsi üzrə, təqdimata əlavə edilmiş Borclu məxsus “Mercedez Benz E200D Minik” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu aliment pulunu tələbkarın anasına, yəni uşağın nənəsinə tam ödədiyini bildirmiş və onun barəsində verilmiş borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatın təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tələbkar Pekdoğan (Nəbiyeva) Leyla Elçin qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə icra şöbəsinin rəisinin və borclunun izahatlarını dinləyib, təqdimatı və icra işinin materiallarını araşdırıb, Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi Ramiz Şəmmədovun izahatını dinləyib hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. İş materiallarında olan, tələbkar Pekdoğan (Nəbiyeva) Leyla Elçin qızının xx.xx.2025ci il tarixli Qazax Rayon İcra və Probasiya Şöbəsinə ünvanlamış olduğu şikayətində Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2(023)-1192/2027 nömrəli qətnaməsi ilə Borclunndan uşaqları X1 üçün onun xeyrinə tutulmalı olan hər ay 100 manat sabit pul məbləğində aliment borcunun tam şəkildə icrasını təmin etməsini xahiş etmişdir. İş materiallarında olan, xx.xx.2025-cü il tarixli Avtomobil nəqliyyat məlumatlarının elektron sorğusuna əsasən Borclu məxsus “Mercedez Benz E200D Minik” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin olması göstərilmişdir . Belə ki, iş materiallarında olan, xx.xx.2017-ci il tarixli İcraata başlama haqqında qərardadn görünür ki, Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2(023)-1192/2027 nömrəli icra vərəqəsinə əsasən Borclu 21 fevral 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən ayda 100 manat miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə verilməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan, Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2017ci il tarixli 2(023)-1192/2027 nömrəli icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra sənədinin materiallarından müəyyən edilir ki, Borclu aliment borcunu ödəməsi barədə bildiriş və tələbin məcburi qaydada ödənilməsi haqqında bidirişlər göndərilməsinə baxmayaraq, Borclu aliment borcunu könüllü ödəməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2(023)-1192/2027 nömrəli icra sənədi üzrə Borclu məxsus “Mercedez Benz E200D Minik” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-17/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-17/2025
13.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver