Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-172/2025 31.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, Ərizəçi Tələbkar ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəyə 31 oktyabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-885/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 1066 manat pul məbləğini indeksləşdirilərək 2017-ci il aprel ayından 2025-ci il aprel ayınadək 153,10 faiz artımı (1066 AZN x 153,10% = 1632,05 AZN) nəzərə alaraq cəmi 2698,05 manat məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 2(023)- 885/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 1066 manat məbləğində pul müştərək qaydada Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır. (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər, tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara, borclulara və icra şöbəsinə məlumat verilməsinə baxmayaraq icra məmurları və borclular məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Ərizəçi Tələbkar "Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə istinad edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qazax Rayon Məhkəməsinin 2(023)- 885/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən 26 avqust 1959-cu ildə Gürcüstanın Rustavi şəhərində anadan olmuş, hazırda Qazax şəhəri, M.Hüseyn küçəsi 43 nömrəli evdə yaşayan Borclu1 və xx xxxxxx 1951-ci ildə Biləsuvar rayonunda anadan olmuş, hazırda Bakı şəhəri, Zakir küçəsi 4/2 nömrəli evdə yaşayan Borclu2 alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 804 manat əsas, 241 manat cərimə, cəmi 1045 manat kredit borcu və 21 manat məbləğində dövlət rüsumu tutularaq kreditor Tələbkar ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmiin Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizənin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, əvvəla yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi, məhkəmə tərəfindən qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası həyata keçirilə bilər. Ərizəçi Tələbkar borclular Borclu1 və Borclu2 alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 804 manat əsas, 241 manat cərimə, cəmi 1045 manat kredit borcu və 21 manat məbləğində dövlət rüsumunun olmaqla, cəmi 1066 manat pul məbləğinin indeksasiya edilməsini xahiş edir. Lakin Tələbkar hazırkı ərizəsinə yalnız məhkəmə əmrinin kserosurətini əlavə etmiş, həmin əmrin qüvvədə olub-olmaması, icraya yönəldilibyönəldilməməsi, borcun ödənilib-ödənilməməsi, yaxud əmrdə qeyd olunan borcun icrası vəziyyətini əks etdirən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçi Tələbkar Qazax Rayon Məhkəməsinin 2(023)-885/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş 1066 manat pulun indeksasiya edilməsinə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 231,232, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar Qazax Rayon Məhkəməsinin 2(023)-885/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş 1066 manat pulun indeksasiya edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-172/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-172/2025
31.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver