Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-174/2025 04.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, ərizəçi Tələbkar, Borclu iştirakı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(023)-1118/2014 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə ərizəçi Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə ərizəçi (tələbkar) Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxaraq, Qazax rayon Məhkəməsinin 02 oktyabr 2014cü il tarixli, 2(023)-1118/2014 saylı qətnaməsilə cavabdehdən 75 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləğinin 2025-ci il tarixdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,60 misli indeksasiya edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbkar (ərizəçi) Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Qazax rayon Məhkəməsinin 02 oktyabr 2014-cü il tarixli, 2(023)-1118/2014 saylı qətnaməsinə əsasən Borclu 24 sentyabr 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 sentyabr 2014-cü il tarixdən başlayaraq hər ay 75 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Plenum qərarına əsasən, uşaqlarının saxlanması üçün 2014-cü il tarixdən müəyyən edilmiş 75 manat sabit pul məbləğində aliment 2025-ci il tarixədə indeksasiyası maraqlı tərəfin ərizəsi əsasında icra nəzarət edən Qazax Rayon Məhkəməsi tərəfindən aparılmalıdır. Qazax Rayon Məhkəməsinin 2014-cü ildə qəbul etdiyi qətnamə ilə bir uşaq saxlanılması uçun 75 manat sabit pul məbləğində aliment tutulması qət edilibsə, məhkəmə 2025-ci ildə indeksasiyanı həyata keçin zaman qüvvədə olan, qətnamə ilə tutulmuş alimentin miqdarının ölkə üzrə 2014-ci il üzrə müəyyən edilmiş 75 manat məbləğində minimum əmək haqqının 0.60 mislin təşkil etdiyini nəzərə alaraq, alimentin məbləğinin uşaq üçün 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqın 0.60 misli həddində indeksasiya olunmasını müəyyən etməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi Tələbkar ərizəni müdafiə edərək bildirdi ki, uşağı xəstədir və müalicəsi üçün pul lazım olur. Borcludan tutulan alimentlə uşağı saxlamaqda çətinlik çəklir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, maddi imkanıə zəifdir. Uşağın saxlanılması üçün cəmi 220 manat ödəyə bilər. Odur ki, nəzərə alınmasını xahiş etdi. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qaydasında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(023)-1118/2014 saylı qətnaməsinin surətindən görünür ki, Qazax rayon məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli, 2(023)-764/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanması Borclu qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutularaq aliment miqdarı dəyişdirilərək, 05 sentyabr 2014-cü ildən başlayaraq ayda 75 manat alıment sabit pul məbləğində tutularaq xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Tələbkar verilməsi qət edilmişdir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2013-cü il tarixdən 105 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericiliklə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 misli təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə hazırda indeksasiya edilməli olan alimentin Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(023)-1118/2014 nömrəli qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin xx.xx.2013-cü il tarixdən 105 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(023)-1118/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmalı, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 232, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar ərizəsi təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(023)-1118/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 (sıfır tam yüzdə yetmiş bir) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(023)-1118/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment qərardad qanuni qüvvəyə mindikdən sonra indeksasiya olunmuş qaydada tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-174/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-174/2025
04.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver