Məhkəmə qərarları › İş №8(023)-18/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-18/2024

18.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-18/2024 18.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi və İcra şöbəsinin rəisi X1 iştirakı ilə icra sənədi üzrə borclunun əmlakın üzərinə həbs qoyulmasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Qazax rayon icra və probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(023)-1480/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 4610,10 manat kredit borcu və ödənilmiş 66,10 manat dövlət rüsumu tutulub Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdi . İcra sənədi xx.xx.2023-cü il tarixli qərarlarla icraata qəbul edilərək icraya yönəldilmişdir. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(023)-1480/2023 saylı, xx.xx.2023cü il tarixli saylı icra vərəqəsinin icrası zamanı icra və probasiya şöbəsinin icra şöbəsinin icra məmuru Cavid İmranlı təqdimatla məhkəməyə müraciət edərək, qeyd olunan icra vərəqəsi üzrə icranı təmin etmək üçün Borclu adına Qazax rayonu, Çaylı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə icra şöbəsinin rəisinin izahatını dinləyib, təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan, DƏDRX-nin 15 saylı Əİ-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Borclu ümumi birgə JN-648A nömrəli şəhadətnamə ilə Qazax rayonu, Çaylı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. İş materiallarında olan, icra məmuru Cavid İmranlı Borclu ünvanladığı bildirişlərin surətindən müəyyən olunur ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(023)- 1480/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin Qazax rayon icra şöbəsində icraatı balanılmış icra sənədində göstərilən tələbi icra etməsi üçün Borclu 10 gün müddətinə vaxt verilmişdir. Belə ki, təqdimata əlavə edilmiş, Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavid İmranlı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il icraata başlamaq haqqında qərarın surətindən müəyyən olunur ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(023)-1480/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 4610,10 manat kredit borcu və ödənilmiş 66,10 manat dövlət rüsumu tutulub Tələbkar ASC-nin xeyrinə tutulması qət edilməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədi üzrə Borclu adına Qazax rayonu, Çaylı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar