Məhkəmə qərarları › İş №8(023)-183/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-183/2025

06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-183/2025 06.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş «əmlakın üzərindən həbsin götürülməsi barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1327/2023 nömrəli icra sənədinə əsasən Borclu David adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancınn 1/4 hissəsi miqdarında aliment həmçinin David adlı uşaq 3 yaşına çatanadək ana üçün 50 manat sabit pul məbləğində aliment alınıb tələbkar Cəfərzadə (Hacıyeva) Aytac Cavid qızının xeyrinə verilməlidir. Qazax Rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan "Mercedes Benz 180" minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-72/2025 nömrəli qərardadı ilə icra sənədi üzrə Borclu mülkiyyətində olan "Mercedes Benz 180" minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillin üzərinə həbs qoyulmuşdur. Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-1327/203 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan "Mercedes Benz 180" minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax rayon icra və probasiya şöbəsinin icraatına olan Qazax rayon məhkəməsinin 2(023)-1327 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu David adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancınn ¼ hissəsi miqdarında aliment həmçinin David adlı uşaq 3 yaşına çatanadək ana üçün 50 manat sabit pul məbləğində aliment alınıb tələbkar X3 xeyrinə ödənilməlidir. Qazax rayon Məhkəməsinin 8(023)-72 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes Benz 180” minik markalı, ** BL *** dövlət nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar X2 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, icra sənədi üzrə icraatda Borclu ilə öz aralarında razılıq əldə olunduğunu bildirərək, Qazax rayon məhkəməsinin 2(023)-1327 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini məhkəməyə qaytarılmasını və avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, icra sənədi üzrə Borclu mülkiyyətində olan "Mercedes Benz 180" minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillin üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmurunun təqdimatı təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X1 Eltun David oğlu arasında razılıq olmuş və bu səbəbdən də Borclu avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsini Qazax Rayon İcra və Probasiya şöbəsinə xahiş etmişdir. Beləliklə də, Borclu mülkiyyətində olan "Mercedes Benz 180" minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-72/2025 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə qoyulmuşdur və hazırda tələbkar Cəfərzadə (Hacıyeva) X4 Eltun David oğlu arasında razılıq olduğundan Borclu avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdiyindən avtomobilin üzərindən həbs götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə görə icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1327/2023 nömrəli icra sənədi üzrə Borclu mülkiyyətində olan "Mercedes Benz 180" minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-72/2025 nömrəli qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar