Məhkəmə qərarları › İş №8(023)-186/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-186/2025

04.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-186/2025 04.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxərddin oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qıznın katibliyi, Tələbkar iştirakı ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov tərəfindən verilmiş «borclunun məcburi gətirilməsi barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin Qazax Rayon Məhkəməsinin 2(023)-1099/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 2(023)- 1099/2018 nömrəl, xx.xx.2018-cü il tarixli icra sənədinə əsasən X1 cavabdeh Borclu qarşı aliment tələbinə dair iş üzrə 24 fevral 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu 04 iyun 2018-ci ildən başlayaraq hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməlidir. İcra sənədi xx.xx.2018-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş icra sənədi üzrə tələbin dərhal icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Qazax rayonu, Dəmirçilər kəndinə göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar bildrdi ki, Borclu aliment öhdəliyini yerinə yetirmir. Alimenti vaxtlı-vaxtında ödəmir. Hazırda 1090 manat aliment borcu vardır. Odur ki, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Qazax Rayon Məhkəməsinin 2(023)-1099/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, 24 fevral 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu 04 iyun 2018-ci ildən başlayaraq hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1099/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin icra edilməməsi ilə əlaqədar məsuliyyəti izah olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərarın surətindən görünür ki, Borclu məcburi qaydada Qazax Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar icra orqanının rəhbəri tərəfindən təsdiq edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə borclunun hər hansı üzrlü səbəb olmadan icra məmurunun çağırışı ilə gəlməkdən boyun qaçırmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1993-cü ildə Qazax rayonu, Dəmirçilər kəndində anadan olmuş, Qazax rayonu, Dəmirçilər kəndində qeydiyyatda olan və yaşayan Borclu Qazax Rayon Məhkəməsinin 2(023)-1099/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar