Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-187/2025 09.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə Borclu barəsində borclunun əmlakı üzərindən həbsin götürülməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-854/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 01 aprel 2016-cı il təvəllüdlü X5 və 13 noyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31 may 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-67/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan «VAZ 21063» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimat ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tələbkar X1 ərizəsinə əsasən olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-67/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan «VAZ 21063» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixdə tələbkar tələbkar X1 ərizəsinə əsasən ona aliment pulunun tam olaraq aldığını qeyd etmiş, Borclu mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi üçün müvafiq göstəriş verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Qazax Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına əsasən tələbkar X3 tərəfindən verilmiş ərizəsinə əsasən, ona olan aliment öhdəliyi tam ödənildiyinə görə, Qazax Rayon Məhkəməsinin 8(023)-67/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan «VAZ 21063» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-67/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan «VAZ 21063» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin 8(023)-67/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan «VAZ 21063» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-187/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-187/2025
09.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver