Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-197/2025 12.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-761/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağstafa rayon məhkəməsinin 2(015)-761 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 2459.50 manat alınıb Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinin tələblərinə uyğun olduğu üçün icraata daxil edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin Qanunun 8-ci maddəsinə əsasən Borclu tələbin könüllü icrası üçün borcluya bildiriş verilmişdir. İcra sənədinin icrası təmin etmək məqsədilə borlunun banklarda pul vəsaitinin olub- olmaması barədə sorğular olunmuşdur. Borclunun adına pul vəsaiti aşkar edilməmişdir. Həmçinin icra sənədinin icraası ilə bağlı borclunun evinə baxış keçirilmiş, lakin tələbi yönəldilə biləcək dəyərli əmlak aşkar edilməmişdir. Eləcə də borclunun adına daşınar-daşınmaz əmlak olub-olmaması barədə sorğular olunsa da heç bir əmlak aşkar edilməmişdir. Borclu icranı könüllü təmin etməmişdir. Borclu icra vərəqəsində göstərilən tələbi ödəməkdən yayınır və tələbin ödənilməsi istiqamətində heç bir zəruri tədbirlər görmür. Beləliklə borclunun ölkədən getməsi icra sənədinin icra edilməsində müəyyən çətinliklər yaradır. Bu səbəbdən də, borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq icra sənədinin icrasında yaranmış borc başa çatana qədər məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Təqdimata əlavə edilmiş Ağstafa Rayon Məhkəməsinin 2(015)-761/2025 nömrəli, xx.xx.2025 il tarixli icra sənədinin surətindən görünür ki, Borclu xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1430 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 965 manat olmaqla cəmi 2415 manat borc və 44,50 manat məbləğində dövlət rüsumunun alınıb Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-761/2025 nömrəli, xx.xx.2025ci il tarixli icra sənədinin icrası üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin icra edilməməsi ilə əlaqədar məsuliyyəti izah olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Borclu borc öhdəliyi barədə izahat alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə görə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə icra sənədinin verilməsindən ötən müddət ərzində icra sənədinin hər hansı üzrlü səbəb olmadan icra edilməməsini, borclunun tələbin yönəldilə biləcək əmlakının aşkar edilməməsini, bunun isə borclunun iştirakı olmadan icra sənədinin icrasını mümkünsüz hala gətirdiyini nəzərə alaraq hesab edir ki, icranı təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-761/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi icra olunanadək xx.xx.1997-ci il tarixdə anadan olmuş, Qazax Rayonu, Aşağı Əskipara Ərazi Dairəsi, Bağanıs Ayrım kəndinə qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-197/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-197/2025
12.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver