Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-2/2025 13.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Qazax rayon rayon icra və probasiya şöbəsinin icra məmuru X6, X2 iştirakları ilə, Qazax rayon rayon icra və probasiya şöbəsinin icra məmuru X6 xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” və 16 dekabr 2024-cü il tarixli “tərəfin vərəsə və ya hüquq varisi ilə əvəz edilməsi” haqqında qərarlarından X18 tərəfindən verilən şikayətə Qazax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qazax rayon rayon icra və probasiya şöbəsinin icra məmuru X6 xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” və 16 dekabr 2024-cü il tarixli “tərəfin vərəsə və ya hüquq varisi ilə əvəz edilməsi” haqqında qərarları ilə Qazax Rayon Məhkəməsinin 2(023)- 101/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmış və tələbkar X7 vərəsələri X14, X19 və X13 ilə əvəz edilmişdir. X3 həmin qərarlardan şikayət verərək, Qazax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 xx.xx.2024-cü il tarixli “icraata başlamaq” haqqında qərarı və 16 dekabr 2024-cü il tarixli “tərəfin vərəsə və ya hüquq varisi ilə əvəz edilməsi” aqqında qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X18 şikayəti onunla əsaslandırmışdır ki, Qazax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 xx.xx.2024-cü il tarixli “icraata başlamaq” haqqında qərarı və 16 dekabr 2024-cü il tarixli “tərəfin vərəsə və ya hüquq varisi ilə əvəz edilməsi” haqqında qərarları ona xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən ona şəxsən imza etdirilməklə verilmişdir. xx.xx.2024-cü il tarixdə İcra İdarəsində olmuş və qərarları də, elə həmin gün yəni xx.xx.2024-cü il tarixdə imza edərək götürmüşdür. İmzanı da elə həmin qərarın aşağı hissəsinə icra məmurunun yanında atmışdır. İcraata başlamaq haqqında qərarda qeyd edilir ki, Qazax Rayon Məhkəməsinin 2(023)101/2023-009 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədini nəzərdən keçirərək icraata başlamaq haqqında qərar qəbul etmiş. xx.xx.2024-cü il tarixdə icraata başlanılan anda artıq tələbkər dünyasını dəyişmiş və onun vərəsələri qərəzli şəkildə miras əmlakı qəbul etməkdən yayınırdılar. Vərəsələri müəyyən etmək mümkün olmadığı təqdirdə icra məmuru tərəfindən icra işinə xitam verilməmiş, anlaşılmayan səbəbdən 16 dekabr 2024-cü il tarixədək gözlənilmişdir. Həmin tarixdə də, “tərəfin vərəsə və ya hüquq varisi ilə əvəz edilməsi” haqqında qərarı qəbul edilərək, digər bir yanlış qərar qəbul edilmişdir. Qərarda qeyd edilir ki, Qazax Rayon Notariat ofisində xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış və X14, X19 və X13 onun vərəsələri tanınmışdır. Reyestrdə 2V-911 nömrə ilə qeyd edilmiş V-461/2024 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə nəzər salınarkən məlum olur ki, şəhadətnamə verilən miras əmlak xx.xx.2024-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır. Necə olur ki, icra işi xx.xx.2024-cü il tarixli “icraata başlamaq” haqqında qərara başlayır lakin miras əmlak xx.xx.2024-cü il tarixdə X8 adına keçmiş olur. Demək ki, ortada saxtakarlıq var və ona məxsus əmlak hələdə onun adındadır. icra işi isə qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Əgər ona məxsus əmlaka dair olan çıxarış ləğv edilb və vərəsələrə təzə çıkarış verilibsə həmin çıxarışı təqdim edilməlidir. Məhkəmə iclasında iştirak edən Qazax rayon rayon icra və probasiya şöbəsinin icra məmuru X15 bildirdi ki, Qazax Rayon Məhkəməsinin 2(023)101/2023-009 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədini üzrə qanuna müvafiq icraata başlamaq haqqında qərar qəbul etmişlər. Sonradan məlum olmuş ki, tələbkar vəfat etmişdir. Sonradan vərəsəliyin açılmasını gözləmiş və daha sonra qanuna müvafiq qaydada “tərəfin vərəsə və ya hüquq varisi ilə əvəz edilməsi” haqqında qərarı qəbul edilmişdir. Borclunuda xəbərdar etmişdir. Şikayət əsassızdır. Onların bütün icra hərəkətləri qanunidir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X18 ərizəni müdafiə edərək, bildirdi ki, onu evdən çıxardılar və ona görə də, o həmin mübahisəli evə çəkdiyi xərci tələb edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Qazax rayon rayon icra və probasiya şöbəsinin icra məmuru X6 xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” və 16 dekabr 2024-cü il tarixli “tərəfin vərəsə və ya hüquq varisi ilə əvəz edilməsi” haqqında qərarları əsaslı olduğundan onun ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Qazax Rayon Məhkəməsinin 2(023)- 101/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X16 ilə X18 arasında Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bağlandığı andan ləğv edilməsi, Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin nəticələri ləğv edilməsi, Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında cavabdeh X10 adına Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməsi, cavabdeh X4 şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və X9 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul tutularaq X11 verilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-108/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, X8 Qazax Rayon Notariat Ofisi və X17 qarşı əqdin etibarsız hesab edilməsi, həmin müqavilə ilə əldə olunmuş çıxarışın ləğv edilməsi, X12 Qazax şəhəri Əhməd Seyidov küçəsi 4, sahə 1 ünvanında yerləşən 0.24 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası təmin edilməmiş, X12 X1 aldığı Qazax səhəri Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən hazırda onun mülkiyyətində olan 0.24 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş yardımçı tikili üçün ödədiyi 28.000 manat və yarımçı tikilini ev halına salınması üçün aldığı materiallar üçün xərclədiyi 28.298 manat, ümumilikdə 56.298 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi tələbi barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-804/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-108/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı X16 və qarşılıqlı iddia üzrə iddiaçı X18 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, həmin qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. İlk və qarşılıqlı iddia təmin edilməmişdir. Qazax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində aşkar formada X10 müqavilə predmeti olan 28000 manat pul məbləğini X11 vermək vəzifəsini icra etmədiyi göstərilmişdir. Həmin tikiliyə çəkilən 30072,86 manat məbləğində xərclə bağlı iddia tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bundan başqa müəyyən olunmuşdur ki, Qazax Rayon Məhkəməsinin 2(023)- 101/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə iddiaçı X16 vəfat etmiş və onun vərəsələri X14, X19 və X13 ilə əvəz edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 31-ci maddəsinə əsasən, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Həmin qanunun 20-ci maddəsində göstərilmişdir. 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunun tələblərinə görə hesab edir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması Qazax rayon rayon icra və probasiya şöbəsinin icra məmuru X6 xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” və 16 dekabr 2024-cü il tarixli “tərəfin vərəsə və ya hüquq varisi ilə əvəz edilməsi” haqqında qərarları qanuni və əsaslı olduğu üçün, eyni zamanda borclu tərəfindən həmin qərarların ləğv edilməsi üçün heç bir qanuni əsas gətirilmədiyindən şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Qazax rayon rayon icra və probasiya şöbəsinin icra məmuru X6 xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” və 16 dekabr 2024-cü il tarixli “tərəfin vərəsə və ya hüquq varisi ilə əvəz edilməsi” haqqında qərarlarından X3 tərəfindən verilən şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-2/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-2/2025
13.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver