Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-20/2024 29.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi və İcra məmuru X1 iştirakı ilə Borclu məcburi gətirilməsi barədə Qazax Rayon İcra və Probasiya şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Qazax Rayon Məhkəməsinin 2(023)-677/22 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 15 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2010-cu ildə anadan olmuş X2, xx.xx.2011-ci ildə doğulmuş Qasımov Murad babək oğlunun və xx.xx.2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Borclu hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Göstərilən iş üzrə icra sənədi xx.xx.2022-ci il tarixdə Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin vaxtdan icraya yönəlmişdir. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla müraciət edərək göstərmişdir ki, Borclunun Qazax Rayon İcra Və Probasiya şöbəsinə məcburi gətirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Borclu heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə borclunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, icra məmurunun izahatını dinləyib, təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. İcra sənədi üzrə borcun ödənilməsi və icra sənədinin icrası ilə əlaqədar Borclu yaşadığı Qazax rayonu, Qarapapaq kəndinə dəfələrlə rəsmi bildirişlər göndərilməsinə baxmayaraq, borclu icra məmurunun çağırışına gəlməmiş, habelə gəlməmisinin səbəblərinin üzrlü olması barədə icra qrupuna heç bir rəsmi sənəd təqdim etməmişdir. Bununla Borclu icra məmurunun çağırışına gəlməkdən və icra hərəkətlərini həyata keçirməkdən üzrsüz səbəbdən yayınmışdır. Qazax Rayon Məhkəməsinin 2(023)-677/22 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra sənədinin materiallarından müəyyən edilir ki, Borclu borcunu ödəməsi barədə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, Borclu borcunu könüllü ödəməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə sasən məhkəmə icraçısının çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-677/22 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu icra məmurunun çağırışına üzrsüz səbəblərdən gəlmədiyindən Borclu məcburi qaydada Qazax Rayon İcra və Probasiya şöbəsinə gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1993-cü ildə doğulmuş, Qazax rayonu, Qarapapaq kəndində yaşayan Borclu məcburi qaydada Qazax Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-20/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-20/2024
29.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver