Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-207/2025 25.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi Sadıxova Günay Fauna qızının katibliyi, Tələbkar iştirakı ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş «əmlakın üzərindən həbsin götürülməsi barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-98/2025 nömrəli qərardadı ilə icra sənədi üzrə Borclu mülkiyyətində olan "DAF FTXF 105.460" Yük yəhərli dartıcı, ** LX *** nişanlı və “Krone SDP 27” yarım qoşqu, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan "DAF FTXF 105.460" minik markalı, ** LX *** və “Krone SDP 27” yarım qoşqu, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax rayon icra və probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin 2(023)-989/2024-016 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 51839 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 245,52 manat məbləğində pul vəsaiti Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədinin icrasının təmini məqsədi ilə Qazax rayon Məhkəməsinin 8(023)-98 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu maxsus olan "DAF FTXF 105.460" minik markalı, ** LX *** və "Krone SDP 27" yarımqoşqu, ** ZB *** avtomobillərin üzərinə həbs qoyulmuşdur. İcra tədbiri olaraq qeyd olunan avtomobillər 45000 manata qiymətləndirilərək, "İcra Haqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən Tələbkar təklif olunmuşdur. Tələbkar Qazax rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Borclu məxsus olan "DAF FTXF 105.460" minik markalı, ** LX *** və "Krone SDP 27" yarımqoşqu, ** ZB *** dövlət qeydiyat nişanlı avtomobillərin borc əvəzi olaraq qəbul etdiyini və həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar bildirmişdir ki, onlar öz aralarında razılığa gəlmişlər. Bu səbəbdən də əmlak üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qaydasında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, icra sənədi üzrə Borclu mülkiyyətində olan "DAF FTXF 105.460" minik markalı ** LX *** və "Krone SDP 27" yarımqoşqu, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobillin üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmurunun təqdimatı təmin edilməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2025-ci il tarixli “Borclunun üzərinə həbs qoyulmuş əmlakının tələbkara təklif olunması haqqında” sənəddən görünür ki, Borclu məxsus "DAF FTXF 105.460" minik markalı ** LX *** və "Krone SDP 27" yarımqoşqu, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobillər cəmi 45000 manata borc əvəzinə Tələbkar təklif edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Tələbkar 45000 manata qiymətləndirilərək "DAF FTXF 105.460" minik markalı ** LX *** və "Krone SDP 27" yarımqoşqu, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobillərlə bağlı təkliflə razılaşaraq Borclu avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsini Qazax Rayon İcra və Probasiya şöbəsindən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, icra sənədi üzrə Borclu mülkiyyətində olan "DAF FTXF 105.460" minik markalı ** LX *** nişanlı və "Krone SDP 27" yarımqoşqu, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə görə icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-989/2024 nömrəli icra sənədi üzrə Borclu mülkiyyətində olan "DAF FTXF 105.460" minik markalı ** LX *** nişanlı və “KRONE SDP 27” yarım qoşqu, 35ZB287 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-98/2025 nömrəli qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-207/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-207/2025
25.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver