Məhkəmə qərarları › İş №8(023)-21/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-21/2024

09.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-21/2024 09.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi və İcra şöbəsinin rəisi X4 iştirakı ilə Borclu barəsində borclunun əmlakı üzərindən həbsin götürülməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilmiş, Qazax Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8i-4631 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Qazax şəhəri, Əliağa Şıxlinski küç, 16B ünvanında yerləşən 0,0032 ha sahibkarlıq torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimat ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hərrac təşkilatının yekunları barədə 12/01 nömrəli 15 mart 2024-cü il tarixli protokola əsasən qalib alıcı X1 Tərminə Müzəffər qızının mülkiyyətində olan Qazax şəhəri, Əliağa Şıxlinski küç, 16B ünvanında yerləşən 0,0032 ha sahibkarlıq torpaq sahəsinin 9620 manata hərracdan almışdır. Odur ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Qazax şəhəri, Əliağa Şıxlinski küç, 16B ünvanında yerləşən 0,0032 ha sahibkarlıq torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixdə Ağstafa rayon, Qarahəsənli kənd sakini X3 Qazax rayon, Quşçu Ayrım kənd sakini Borclu Qazax Rayon Notariat Ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 3M-132 reyestr saylı kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 11750 manat pulun Borclu tutulmasına dair İcra qeydi vardır. İş materiallarında olan, Hərrac Mərkəzi "xxxx" MMC-nin a/388 nömrəli 15 mart 2024-cü il tarixli cavab məktubuna və 12/01 saylı Protokola əsasən Borclu mülkiyyətində olan Qazax şəhəri, Əliağa Şıxlinski küç, 16B ünvanında yerləşən 0,0032 ha sahibkarlıq torpaq sahəsinin qiyməti 9620 manata qalib alıcı X7 (AA5390570, FİN:5780HL7) hərracdan almışdır. İş materiallarında olan, "xxxx" ASC Qazax Branch xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən büdcə təsnifat kodu, 142586, büdcə səviyyə kodu 7, təyinatı Hərrac, Qazax R Mehkeme İcr, X2 hesabına X7 tərəfindən 9630 AZN ödəniş edilmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə icra şöbəsinin rəisinin izahatını dinləyib, təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Qazax Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına əsasən qalib alıcı X1 Tərminə Müzəffər qızının mülkiyyətində olan Qazax şəhəri, Əliağa Şıxlinski küç, 16B ünvanında yerləşən 0,0032 ha sahibkarlıq torpaq sahəsinin 9620 manata hərracda aldığına və X2 hesabına X7 tərəfindən 9630 AZN məbləğində pulu nağd ödədiyinə görə qərardadın ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Qazax Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8i-4631 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Qazax şəhəri, Əliağa Şıxlinski küç, 16B ünvanında yerləşən 0,0032 ha sahibkarlıq torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Qazax Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8i-4631 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Qazax şəhəri, Əliağa Şıxlinski küç, 16B ünvanında yerləşən 0,0032 ha sahibkarlıq torpaq sahəsinin üzərinə üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar