Məhkəmə qərarları › İş №8(023)-22/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-22/2024

17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-22/2024 17.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Notariat Kontorunun 8İ-612 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Notariat Kontorunun 8İ-612 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3725 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir.Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır.Aparılmış icra tədbirlərinə baxmayaraq, Borclu idarəyə gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, Qazax Rayon Notariat Kontorunun 8İ-612 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3725 manat tutularaq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Qazax Rayon Notariat Kontorunun 8İ-612 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclunun məcburi qaydada Qazax Rayon İcra və Probasiya gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Qazax Rayon Notariat Kontorunun 8İ-612 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlığa baxmayaraq, Qazax Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Qazax Rayon Notariat Kontorunun 8İ-612 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu–Qazax rayon Daş Salahlı kəndində anadan olmuş, Qazax rayon Daş Salahlı kəndində qeydiyyatda olan və yaşayan Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar