Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-23/2024 22.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Qazax Rayonu İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, borclular Borclu2 və Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 145/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Borclu2 və Borclu1 3687 manat məbləğində pulu tutularaq Tələbkar verilməlidir. İş üzrə Borclu2 və Borclu1 könüllü icra üçün müəyyən olunmuş müddətdə tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, borclular borcunu ödəməmiş və ödəməkdən üzürsüz səbəbdən boyun qaçırmışdır. Bununla yanaşı icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəmədiyi təqdirdə ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə xəbərdarlıq olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmanəti, əmlakı və gəlirləri barəsində müvafiq idarə və təşkilatlara sorğular edilərək heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Belə olan halda məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və təqdimata əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər Borclu2 və Borclu1 alınıb iddiaçı Tələbkar verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişlərin surətindən görünür ki, borclular Borclu2 və Borclu1 Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” xx.xx.2023-cü il tarixli qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, yığılmış aliment borcunun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə verilmiş təqdimat təmin edilməli, borclular Borclu2 və Borclu1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclular – xx.xx.1984-cü il tarixdə Qazax rayonu Ağköynək kəndində anadan olmuş və Qazax rayonu Ağköynək kəndində yaşayan Borclu2 və xx.xx.1990-cı il tarixdə Qazax rayonu Ağköynək kəndində anadan olmuş və Qazax rayonu Ağköynək kəndində yaşayan Borclu1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-23/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-23/2024
22.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver