Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-23/2025 04.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, X1 Borclu qarşı indeksasiya olunma tələbi barədə ərizəsinə 04 mart 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(023)-1837/2017 saylı qətnaməsi ilə Borclu ümumi çəkisi 172 qram olan, 583 əyarla qızıl-zinət əşyalarının və ümumi çəkisi 21,1 qram olan 750 əyarlı, brilliant qaşlı qızıl-zinət əşyalarının dəyəri olan pulların indeksasiya olunmaqla hazırda dəyəri olan pulla, yəni ümumi çəkisi 172 qram olan, 583 əyarla qızıl-zinət əşyalarının ümumi qiyməti 22360 manat pulun və və ümumi çəkisi 21,1 qram olan 750 əyarlı, brilliant qaşlı qızıl-zinət əşyalarının ümumi qiyməti 5275 manat pulun, ümumilikdə 27635 manat pulun alınıb ona verilməsi barədə qərardad çıxarılmasını və həmin qətnamənin icraya yönəldilməsinin təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2017-ci ildə Qazax Rayon Məhkəməsində cavabdeh Borclu qarşı pul tələbinə dair iddia qaldırmışdır. Həmin mülki işə 05 oktyabr 2017-ci il tarixdə baxılmış və 05 oktyabr 2017-ci il tarixli 2(023)-1837/2017 saylı qətnamə çıxarılmışdır. O həmin iddia ərizəsində cavabdehin ondan nisyə aldığı qızıl-zinət əşyalarının hər birinin əyarını və çəkisini ayrı-ayrılıqda qeyd etmişdir. Cavabdehlə bağlanmış müqavilədə qeyd olunan qızıl-zinət əşyalarının dəyərini həmin vaxtın dəyəri olan pulla göstərmişdir. Məhkəmə qətnaməsi ona məlum olmayan səbəblərdən bu günə kimi icra olunmamışdır. Hesab edir ki, Qazax Rayon Məhkəməsinin qətnaməsi ilə qət edilmiş qızıl-zinət əşyalarının dəyəri indeksasiya olunmaqla, hazırda dəyəri olan pula uyğun olaraq tutulmalıdır. Müqavilədə qeyd olunan qızıl-zinət əşyalarının, yəni 583 əyarlı qızıl-zinət əşyalarının ümumi çəkisi 172 qram və 750 əyarlı brilyant qaşlı qızıl-zinət əşyalarının ümumi çəkisi 21.1 qram təşkil edir. Ərizəyə əlavə olunmuş mütəxəssis rəyindən göründüyü kimi bü günkü günə 583 əyarlı qızılın 1 qramının bazar qiyməti 130 manat və 750 əyarlı brilyant qaşlı qızılın 1 qramının bazar qiyməti 250 manatdır. Beləliklə, ümumi çəkisi 172 qram olan 583 əyarlı qızıl-zinət əşyalarının qiyməti 22360 manat və ümumi çəkisi 21.1 qram olan 750 əyarlı brilyant qaşlı qızıl-zinət əşyalarının qiyməti 5275 manatdır. Qeyd olunan qızıl-zinət əşyalarının bügünkü günə uyğun ümumi dəyər qiyməti 27.635 manat təşkil edir. X2, onun nümayəndəsi X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu məhkəməyə göndərdiyi teleqramda Bakı şəhərində olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək, məhkəmə iclasının başqa tarixə təyin olunmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarından olan Qazax Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(023)-1837/2017 saylı qətnaməsindən görünür ki, qətnamə ilə iddia qismən təmin edilmiş, Borclu 6034 manat məbləğində pul vəsaitinin alınaraq X6 verilməsi qət edilmişdir. Qazax Rayon İcra və Probasiya şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Qazax Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(023)-1837/2017 saylı icra sənədinə əsasən Borclu 6034 manat məbləğində pul vəsaitinin alınması müəyyən edilsə də, bu günədək borclu tərəfindən heç bir ödəniş edilməmişdir. İş materiallarından olan “Elit” mağazasının zərgər-mütəxəssisinin verdiyi rəylə müəyyən edilir ki, aşağıda adları və əyarı göstərilən qızıl-zinət əşyalarının hər qramının hazırki bazar qiymətinə uyğun olaraq təxmini qiymətləri - 1 qram 583-585 əyarlı qızılın qiyməti 130 manat, 1 qram 750 əyarlı qızılın qiyməti 180 manat, 1 qram 750 əyarlı brilyant qaşlı qızılın qiyməti 250 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Qazax Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(023)-1837/2017 saylı qətnaməsinə əsasən tələbkara ödənilməli olan 6034 manat məbləği borclu ödəməkdən yayınır. Tələbkar isə inflyasiya göstəriciləri səviyyəsini nəzərə alaraq həmin məbləğin indeksasiya edilərək, hazırda dəyəri olan pulla, yəni ümumi çəkisi 172 qram olan, 583 əyarla qızıl-zinət əşyalarının ümumi qiyməti 22360 manat pulun və və ümumi çəkisi 21,1 qram olan 750 əyarlı, brilliant qaşlı qızıl-zinət əşyalarının ümumi qiyməti 5275 manat pulun, ümumilikdə 27635 manat pulun borcludan alınıb ona ödənilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə X5 icra sənədi üzrə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi ilə bağlı ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, məlum olduğu kimi indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Belə ki, indeksləşdirmə müqavilənin, kreditin, əmək haqqının, pensiyanın, müavinətlərin, əmanətlərin və s.-nin məbləğini istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə inflyasiyadan qorunmaq vasitəsidir Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi iddiaçı Pərvanə Xankişiyeva məhkəməyə pul tələbi ilə bağlı müraciət etmiş və Qazax Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(023)-1837/2017 saylı qətnaməsinə əsasən cavabdeh Borclu 6034 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. X11 hazırki ərizə ilə indeksləşdirməsini tələb etdiyi məbləğ isə pul tələbinin indeksasiyası ilə deyil, həmin qətnamə ilə müəyyən edilmiş qızıl-zinət əşyalarının hazırki bazar qiyməti ilə məbləğin müvafiq indeksasiyası ilə bağlıdır. Halbuki, Qazax Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(023)-1837/2017 saylı qətnaməsində iddiaçı qızıl-zinət əşyalarının özləri, özləri olmadıqda isə dəyərini tələb etməmişdir, cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmış və iddia tələbi qismən təmin edilmişdir. Lakin ərizəçi hazırda qızıl-zinət əşyalarının dəyərinin hazırkı bazar qiyməti ilə indeksasiya olunmasını tələb edir. Belə olduğu halda ərizəçi qızıl-zinət əşyalarının dəyərinin indeksasiyasını tələb edə bilər. X11 ərizəsində qızıl-zinət əşyalarına aid sübutları təqdim etmişdir. Odur ki, hazırkı ərizə təmin edilə bilməz. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir, Qazax Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli, 2(023)-1837/2017 saylı qətnaməsinə əsasən Borclu X5 xeyrinə ümumi çəkisi 172 qram olan, 583 əyarla qızıl-zinət əşyalarının və ümumi çəkisi 21,1 qram olan 750 əyarlı, brilliant qaşlı qızıl-zinət əşyalarının dəyəri olan pulların indeksasiya olunmaqla hazırda dəyəri olan pulla, yəni ümumi çəkisi 172 qram olan, 583 əyarla qızıl-zinət əşyalarının ümumi qiyməti 22360 manat pulun və və ümumi çəkisi 21,1 qram olan 750 əyarlı, brilliant qaşlı qızıl-zinət əşyalarının ümumi qiyməti 5275 manat pulun, ümumilikdə 27635 manat tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi ilə bağlı X1 ərizəsi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Qazax Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli, 2(023)-1837/2017 saylı qətnaməsinə əsasən Borclu X5 xeyrinə tutulmuş pulun indeksasiya edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-23/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-23/2025
04.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver