Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-24/2024 24.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Çobanova Elminaz Zarif qızının katibliyi X1 və Maraqlı şəxs X8 iştirakı ilə Qazax Rayon Vəkil Bürosunun direktoru X6 məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkillə təmin olunması məsələsinə baxılmasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qazax Rayon Vəkil Bürosunun direktoru X9 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası MPM–in 67-1.2 və 67-1.4–cü maddələrinin əsasən X8 Qazax Rayon Məhkəməsinə müraciət etmək üçün dövlət hesabına vəkillə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vətəndaş X12 (əlaqə nömrəsi ***-***-**-**) Qazax rayonunda fəaliyyət göstərən Qazax rayon Vəkil Bürosuna müraciət edərək, “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi”nə tələbinə dair mülki mübahisə üzrə iddia ilə məhkəməyə müraciət etməklə əlaqədar peşəkar hüquqi yardıma ehtiyacı olduğunu, lakin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinnin olmadığını bildirmişdir. Odur ki, ona dövlət vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Ərizəçi Qazax Rayon Vəkil Bürosunun direktoru X11 məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, X12 Vəkil Bürosuna müraciət edərək “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ”nə tələbinə dair mülki mübahisə üzrə iddia ilə məhkəməyə müraciət etməklə əlaqədar peşəkar hüquqi yardıma ehtiyacı olduğunu, lakin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmadığını bildirmişdir. Bununla əlaqədar o, dövlət vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. X2 təqdim etdiyi sənədlərdən onun kifayət qədər vəsaiti olmayan şəxs olduğu müəyyən edilmişdir. Onun işaxtaran kimi qeydiyyatda olması, məşğulluq haqqında arayışla, ünvan 1 ünvanında qeydiyyatda olması isə yaşayış yeri üzrə qeydiyyat haqqında arayışla təsdiq olunur. Həmiçinin, X13 ilə birgə nikahından anadan olmuş xx.xx.2016-cı il təv. X10 və xx.xx.2014-cü il təv. X3 doğum haqqında şəhadətnamələrin surətlərini də təqdim etmişdir. Beləliklə, müəyyən olunur ki, K.Əzimova məhkəməyə müraciət etmək üçün qaldırdığı iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar mövcuddur və peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs X12 məhkəmə iclası zamanı göstərdi ki, o “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair məsələsini məhkəmə qaydasında həll etmək istəyir. Bunun üçün ona vəkil tutmaq lazımdır, lakin heç bir yerdə işləmədiyindən və maddi vəziyyəti ağır olduğundan, vəkillə müqavilə bağlaya bilmir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan X12 tərəfindən Qazax Rayon Vəkil Bürosuna təqdim etmiş olduğu sənədlərdən görünür ki, ona “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi”nə dair mülki mübahisə üzrə iddia ilə məhkəməyə müraciət etmək üçün ona vəkil tutmaq lazımdır. Lakin o, heç bir yerdə işləmir, işsiz kimi məşğulluq Mərkəzində qeydiyyatdadır. Maddi vəziyyəti ağırdır və bu səbəbdən vəkillə müqavilə bağlaya bilmir. Odur ki, ona dövlət hesabına vəkil təyin edilməsi məsələsinə baxılıb müsbət həll edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X5 Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-2/2-Ə-14388/2024 saylı Məşğulluq haqqında arayışdan görünür ki, elektron informasiya sistemində X12 işsiz və ya işaxtaran kimi qeydiyyatdadır, onun qüvvədə olan əmək müqaviləsi aşkar olunmamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X4 rayon Vəkil Bürosuna müraciət edərək mülki mübahisə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün peşəkar hüquqi yardıma ehtiyacı olduğunu bildirmişdir. Lakin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxsdir. Onun işaxtaran kimi X5 filialında qeydiyyatda olması, dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM–in 14.4–cü maddəsinə əsasən işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Həmin Məcəllənin 14.5–ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. Həmin Məcəllənin 67-1.2–ci maddəsində göstərilmişdir ki, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 67-1.3–cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. Həmin Məcəllənin 67-1.4 və 67-1.4.5–ci maddələrinə görə bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. Həmin Məcəllənin 67-1.5–ci maddəsində göstərilmişdir ki, məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır. Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. İşin müəyyən olunmuş halları, o cümlədən məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan X8 vəkil qurumuna müraciətində göstərdikləri, Kəmalə Əzimovanın işaxtaran kimi X5 filialında qeydiyyatda olması məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, X8 hüquqi yardıma ehtiyacı olmasına baxmayaraq, vəkilin xidmətlərini ödəmək üçün maddi imkanı yoxdur. Ona görə də Qazax Rayon Vəkil Bürosunun direktoru X6 məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan X8 dövlət hesabına vəkillə təmin olunması məsələsinə baxılmasına dair ərizəsi əsaslıdır. Bu səbəbdən ərizə təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 67-1, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. Məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan X12 vəkillə təmin olunsun, vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilsin və ödəmə Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-24/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-24/2024
24.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver