Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-29/2025 24.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxərddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev tərəfindən verilmiş «borclunun məcburi gətirilməsi barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(023)- 1622/2017 saylı icra sənədinə əsasən Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 2(023)- 1622/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 1328.68 manat borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar Viator Mikrokredit Azərbaycan MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Qazax Rayon Məhkəməsinin 2(023)-1622/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra icra vərəqəsindən görünür ki, Borclu və X1 1328.68 manat borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar Viator Mikrokredit Azərbaycan MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1622/2017 nömrəli, xx.xx.2017ci il tarixli icra sənədinin icrası üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin icra edilməməsi ilə əlaqədar məsuliyyəti izah olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərarın surətindən görünür ki, Borclu məcburi qaydada Qazax Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar icra orqanının rəhbəri tərəfindən təsdiq edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə borclunun hər hansı üzrlü səbəb olmadan icra məmurunun çağırışı ilə gəlməkdən boyun qaçırmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1986-ci ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuş, Qazax rayonunun Aşağı Salahlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Borclu Qazax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(023)-1622/2017 saylı icra sənədinin icrası ilə bağlı Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-29/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-29/2025
24.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver