Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-3/2025 17.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(045)-1098/2024 nömrəli icra sədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki,Goranboy rayon məhkəməsinin e-2(045)-1098 saylı, 10.10.2.024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu iddiaçı Tələbkar xeyrinə 12 iyul 2013-cü il təvəllüdlü X2 və 01 dekabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır.Hazırda icra sənədi üzrə 2450 manat aliment borcu yaranmışdır. Borclu tələbin könüllü icrası üçün borcluya bildiriş verilmişdir. İcra sənədinin icrası təmin etmək məqsədilə borlunun banklarda pul vəsaitinin olub-olmaması barədə sorğular olunmuşdur. Borclunun adına pul vəsaiti aşkar edilməmişdir. Həmçinin icra sənədinin icraası ilə bağlı borclunun evinə baxış keçirilmiş, lakin tələbi yönəldilə biləcək dəyərli əmlak aşkar edilməmişdir. Eləcə də borclunun adına daşınar-daşınmaz əmlak olub-olmaması barədə sorğular olunsa da heç bir əmlak aşkar edilməmişdir.Borclu icranı könüllü təmin etməmişdir. Borclu icra vərəqəsində göstərilən tələbi ödəməkdən yayınır və tələbin ödənilməsi istiqamətində heç bir zəruri tədbirlər görmür. Beləliklə borclunun ölkədən getməsi icra sənədinin icra edilməsində müəyyən çətinliklər yaradır. Bu səbəbdən də, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Təqdimata əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(045)-1098/2024 nömrəli icra sənədinin surətindən görünür ki, Borclu iddiaçı Tələbkar xeyrinə 12 iyul 2013-cü il təvəllüdlü X2 və 01 dekabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)- 1098/2024 nömrəli icra sənədinin icrası üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin icra edilməməsi ilə əlaqədar məsuliyyəti izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə görə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə icra sənədinin verilməsindən ötən müddət ərzində icra sənədinin hər hansı üzrlü səbəb olmadan icra edilməməsini, borclunun tələbin yönəldilə biləcək əmlakının aşkar edilməməsini, bunun isə borclunun iştirakı olmadan icra sənədinin icrasını mümkünsüz hala gətirdiyini nəzərə alaraq hesab edir ki, icranı təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1098/2024 nömrəli icra sənədi icra olunanadək xx.xx.1990-cı il tarixdə Qazax rayonunda anadan olmuş, Qazax şəhəri İsmət Qayıbov küçəsi ev 33-də qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-3/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-3/2025
17.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver