Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-34/2025 05.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxərddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Borclu iştirakı ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev tərəfindən verilmiş «borclunun məcburi gətirilməsi barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-1936/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yevlax rayon Məhkəməsinin 2(039)-1936 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu 11 iyul 2024-cü il tarixdən başlayaraq cavabdeh Borclu xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 190 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Qazax rayon icra və probasiya şöbəsinin icratına daxil olmuşdur. Borclu “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada tələbin dərhal icrası üçün verilmiş müddət ərzində icra sənədinin icrasını təmin etməmiş, o cümlədən tələbin ödənilməsi istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Göstərilən əsasların mövcud olması, məcburi icra tədbirlərinin tətbiqi zəruriyyəti yaratmışdır. Eləcə də rəsmi qeydiyyatda olduğu ünvana dəfələrlə çağırış vərəqəsi və məktub göndərilməsinə baxmayaraq, borclu icra məmurunun çağırışına gəlməmiş, habelə gəlməməyinin səbəblərinin üzürlü olması barədə heç bir rəsmi sənəd təqdim etməmişdir. Borcluya ünvanlanmış bildirişlə çağırışa gəlmədiyi təqdirdə məcburu gətrilməsi üçün təqdimatla Qazax rayon məhkəməsinə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq borclu icra məmurunun çağırışına, icra hərəkətlərini həyata keçirməkdən üzürsüz səbədən yayınmışdır. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, ona çağrışlarla bağlı heç bir sənəd göndərilməmiş və bu barədə məlumatlandırmamışdır. Ona yalnız nikahın pozulması ilə bağlı məktub göndərilmişdir.Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Yevlax rayon Məhkəməsinin 2(039)-1936/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 190 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Yevlax rayon Məhkəməsinin 2(039)-1936/2024-007 nömrəli, xx.xx.2024-cü tarixli icra sənədinin icrası üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin icra edilməməsi ilə əlaqədar məsuliyyəti izah olunmuşdur. İşdə olan SMS-bildirişin çıxarışından görünür ki, Borclu telefon nömrəsinə sms göndərlimiş və məcburi gətirilməsi barədə xəbərdar olunuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərarın surətindən görünür ki, Borclu məcburi qaydada Qazax Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar icra orqanının rəhbəri tərəfindən təsdiq edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə borclunun hər hansı üzrlü səbəb olmadan icra məmurunun çağırışı ilə gəlməkdən boyun qaçırmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1996-ci ildə Qazax şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Borclu Yevlax Rayon Məhkəməsinin 2(039)-1936/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-34/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-34/2025
05.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver