Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-36/2024 05.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və tələbkarın nümayəndəsi X2 iştirakları ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1347/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1347/2023 nömrəli icra sənədinə əsasən Borclu 26.467,94 manat əsas kredit borcu, 1.475,65 manat kreditdən istifadəyə görə faiz borcu, 67,79 manat məbləğində cərimə olmaqla, cəmi 28.011,38 manat borc və 174,04 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İş üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş müddətdə tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, borclu borcunu ödəməmiş və ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmanəti, əmlakı və gəlirləri barəsində müvafiq idarə və təşkilatlara sorğular edilərək, heç bir əmanəti, əmlakı və gəliri müəyyən edilməmişdir. Həmçinin tələbkarın verdiyi şifahi məlumata əsasən borclunun ölkə hüdudlarını tərk edəcəyi məlum olmuşdur. Buna görə də məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Sonda icra məmuru təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X5 təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və tələbkarın nümayəndəsi X5 dinləyib hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Təqdimata əlavə edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 1347/2023 nömrəli icra sənədinin surətindən görünür ki, Borclu 26.467,94 manat əsas kredit borcu, 1.475,65 manat kreditdən istifadəyə görə faiz borcu, 67,79 manat məbləğində cərimə olmaqla, cəmi 28.011,38 manat borc və 174,04 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 1347/2023 nömrəli icra sənədinin icrası üzrə icraata başlanılmışdır. İşdə olan tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmiş və icra sənədinin icra edilməməsi ilə əlaqədar məsuliyyəti izah olunmuşdur. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğular və onun əsasında verilmiş cavablardan görünür ki, borclunun tələbin yönəldilə biləcəyi heç bir əmanəti və əmlakı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə görə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə icra sənədinin verilməsindən ötən müddət ərzində icra sənədinin hər hansı üzrlü səbəb olmadan icra edilməməsini, borclunun tələbin yönəldilə biləcək əmlakının aşkar edilməməsini, bunun isə borclunun iştirakı olmadan icra sənədinin icrasını mümkünsüz hala gətirdiyini nəzərə alaraq hesab edir ki, icranı təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1347/2023 nömrəli icra sənədi icra olunanadək xx.xx.1986-cı il tarixdə Qazax rayonu Aşağı Əskipara kəndində anadan olmuş, Qazax rayonu Əskipara kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-36/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-36/2024
05.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver