Məhkəmə qərarları › İş №8(023)-4/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-4/2025

21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-4/2025 21.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qətnaməsinə izah verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X7 ilə X9 arasında Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bağlandığı andan ləğv edilməsi, Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqısatqı müqaviləsi”nin nəticələri ləğv edilməsi, Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında cavabdeh X4 adına Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməsi, cavabdeh X1 şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, X2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul tutularaq X5 verilməsi qət edilmişdir Qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün aidiyyəti üzrə icra orqanına göndərilmiş və həmin orqan tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək zəruri icra hərəkətləri həyata keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 saylı icra sənədində ləğv edilməsi qeyd olunan ********** qeydiyyat nömrəli çıxarışın cavabdeh X8 aid olmamasına dair hissəsində izah verilməsi xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 8(023)-68/2024 nömrəli qərardadı ilə (hakim Nemət Musayev) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin rəisi X11 Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)- 101/2023 saylı icra sənədinə izah verilməsi barədə ərizəsinin təmin olunmaması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ididaçı X3 iddia tələbi onun özü ilə, X9 arasında Qazax rayon notariat ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı andan ləğv edilməsi, həmin müqavilənin nəticələrinin ləğv edilməsi, sözügedən müqavilə əsasında cavabdeh X4 adına Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsindən ibarət olmuşdur. Lakin, məhkəmə qətnaməsinə əsasən cavabdeh X4 adına Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması qət edilmiş, lakin araşdırma zamanı məlum olmuşdur ki, ********** qeydiyyat nömrəli çıxarış cavabdeh X6 aid deyildir. Sözügedən ********** qeydiyyat nömrəli çıxarış mübahisəyə aidiyyəti olmayan başqa şəxsin adına qeydiyyata alınmışdır. Məhkəmə hec bir əsas olmadan və iddia tələbindən kənara çıxaraq başqa şəxsin mülkiyyət hüququna dair çıxarışı ləğv etmişdir. Bununla bağlı izah istənilsə də, izah verilməmişdir. Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 8(023)-68/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(104)- 107/2024 qərardadı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 8(023)-68/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 18 oktyabr 2024-cü il tarixli 8(023)-68/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilmiş, ərizəyə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə görə qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qərardadın izah edilməsi məsələsinə baxmağa mane olmur. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(023)-101/2023 nömrəli düzəliş qərardadı ilə Qazax Rayon Məhkəməsinin 2(023)- 101/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsindəki və icra vərəqəsindəki yanlışlıq düzəldilərək “xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli” sözü “xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli” kimi oxunmüşdür. Beləkilə də, Qazax Rayon Məhkəməsinin 2(023)-101/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsinin qətnaməsində olan düzəlişlə qətnamədə və onun icrasında yaranan anlaşılmasızlıq aradan qaldırılmışdr.Ona görə də, Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş qətnaməyə izaha ehtiyac qalmamışdır. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinə izah verilməsi üçün heç bir zərurət olmadığından, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 230, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qətnaməsinə izah verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş ərizə təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar