Məhkəmə qərarları › İş №8(023)-41/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-41/2024

30.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-41/2024 30.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-394/2022 saylı qətnaməsinə izah edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qazax Rayon Məhkəməsinin 2(023)-394/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən X3 Borclu ilə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsində 15 dekabr 2005-ci ildə 622 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından 02 iyun 2008-ci il təvəllüdlü X7 və 17 dekabr 2010-cu il təvəllüdlü X8, X3 himayəsində saxlanmış, Qazax Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(023)- 394/2022 saylı qərardadı ilə müəyyən edilmiş alimentin tutulmasına xitam verilmiş, 02 iyun 2008-ci il təvəllüdlü X7 və 17 dekabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Borclu 29 iyun 2022-ci il ildən başlayaraq hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat miqdarında aliment tutularaq X4 ödənilməsi və Borclu 56 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-394/2022, 29 iyun 2022-ci il tarixli icra vərəqəsi alimentin tutulması hissəsində icra edilməsi üçün 29 iyun 2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və 14 iyul 2022-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Zeynalovun məhkəməyə müraciət edərək bildirmişdir ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)- 394/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən Borclu 02 iyun 2008-ci il təvəllüdlü X7 və 17 dekabr 2010-cu il təvəllüdlü X1 üçün 29 iyun 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi və Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)- 394/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müəyyən alimentin tutulmasına xitam verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqqında qərar qəbul edilmişdir. İcra vərəqəsində və qətnamədə X5 doğum tarixi tarixi xx.xx.2088-ci il kimi qeyd edilmiş və Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-394/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin tutulmasına xitam verilməsi dedikdə, həmin qərardad üzrə borcun ödənilib-ödənilməməsi hissəsi aydın olmadığından Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-394/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə izah verilməsini etmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-394/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, X3 Borclu ilə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsində 15 dekabr 2005-ci ildə 622 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından 02 iyun 2008-ci il təvəllüdlü X7 və 17 dekabr 2010-cu il təvəllüdlü X8, X3 himayəsində saxlanmış, Qazax Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(023)-394/2022 saylı qərardadı ilə müəyyən edilmiş alimentin tutulmasına xitam verilmiş, 02 iyun 2008-ci il təvəllüdlü X7 və 17 dekabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Borclu 29 iyun 2022-ci il ildən başlayaraq hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat miqdarında aliment tutularaq X4 ödənilməsi və Borclu 56 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır Həmin məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin məcəllənin 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilən maddənin tələbinə əsasən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Zeynalovun ərizəsi təmin edilməli, Qazax Rayon Məhkəməsinin 2(023)-394/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsinə izah verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 266- 269 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Zeynalovun ərizəsi təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-294/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsində 02 iyun 2008-ci il təvəllüdlü X2 olması, Qazax Rayon Məhkəməsinin 2(023)-394/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin ödənilməsi barədə izah verilsin və Qazax Rayon Məhkəməsi 2(023)-394/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı nəzərə alınsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar