Məhkəmə qərarları › İş №8(023)-42/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-42/2023

19.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-42/2023 19.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavid İmranlının iştirakı ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavid İmranlı təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-545/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi və Qazax Rayon Məhkəməsinin 2(023)-1160/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin və icrası ilə əlaqədar Borclu məxsus 15 baş qoyun və 13 baş quzuların üzərinə həbs qoyulması və tələbin əmlaka yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 2(023)- 545/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1030 manat alınıb Tələbkar və Qazax Rayon Məhkəməsinin 2(023)-1160/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 230 manat alınıb tələbkar X1 ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Qazax Rayon Məhkəməsinin 2(023)-545/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1030 manat alınıb Tələbkar və Qazax Rayon Məhkəməsinin 2(023)-1160/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 230 manat alınıb tələbkar X1 ödənilməlidir. Təqdimata əlavə edilmiş, tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Borclu icra sənədlərində göstərilən tələbi 10 gün ərzində könüllü icra etməsi tələb olunmuşdur. Təqdimata əlavə edilmiş, 04 may 2023-cü il tarixli aktdan görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-545/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1030 manat alınıb Tələbkar və Qazax Rayon Məhkəməsinin 2(023)- 1160/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı Borclu məxsus Qazax şəhəri, N.Tusi küçəsi ərik bağı deyilən əraziyə baxış keçirilmiş və borcluya məxsus həmin ərazidə xırda buynuzlu 15 baş qoyu və 13 baş quzu aşkar edilmişdir. Həmin akt Borclu tərəfindən imzalanmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən aliment borcunun ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus, 15 baş qoyun,13 baş quzu olan xırdabuynuzlu heyvanların üzərinə həbs qoyulmalı, həmin hissədə təqdimat təmin edilməlidir. Məhkəmə eyni zamanda təqdimatın – tələbin əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, təqdimat həmin hissədə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsi sadəcə əmlak üzərinə həbsin qoyulması müddəasını əks etdirir, icra qaydasında tələbin həmin əmlaka yönəldilməsi və əmlakın hərracdan satılması isə həmin qanunla məhkəmənin səlahiyyətlərinə aid edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqdimat göstərilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərаrаaldı: Təqdimat qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-545/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi və Qazax Rayon Məhkəməsinin 2(023)-1160/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus 15 baş qoyun və 13 baş quzu olan xırdabuynuzlu heyvanların üzərinə həbs qoyulsun. Təqdimat qalan hisədə təmin edilməsin Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar