Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-43/2025 01.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi X1 iştirakı ilə X1 məhkəmə qaydasında müəyyən edilmiş alimentin indeksləşdirilməsi barədə ərizəsinə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 məhkəmə qaydasında müəyyən edilmiş aliment indeksləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu tutulan alimentin indeksləşdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X4 ərizə ilə müraciət edərək, məhkəmə qaydasında müəyyən edilmiş alimentin indeksləşdirilməsi barədə ərizəsini və əlavə edilmiş sənədləri ona geri qaytarılması xahiş etmişdir. Məhkəmə, X1 ərizəsini nəzərə alaraq hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 məhkəmə qaydasında müəyyən edilmiş aliment indeksləşdirilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-43/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-43/2025
01.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver