Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-44/2023 22.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-2121/2015 saylı, xx.xx.2015-ci il tarixli və 2(023)-372 saylı, xx.xx.2016-cı il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə, Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 22(023)-2121/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 3730 manat alınıb Tələbkar və 2(023)- 372 saylı, xx.xx.2016-cı il tarixli icra icra sənədinə əsasən 1420 manat alınıb tələbkar X1 ödənilməlidir. 2(023)-2121/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi xx.xx.2016-cı il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Qazax rayonu Ağköynək kəndindəki ünvanına göndərilmiş, həmçinin və 2(023)-372 saylı xx.xx.2016-cı il tarixli məhkmə əmri icraata daxil olduqdan sonra 12 dekabr 2016-cı il icraata başlamaq haqqında qərar qəbul edilmiş icra sənədi və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Qazax rayonu Ağköynək kəndindəki ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarların surətini və bildirişləri qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədləri üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, Qazax Rayon Məhkəməsinin 22(023)-2121/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 3730 manat alınıb Tələbkar və 2(023)-372 saylı, xx.xx.2016-cı il tarixli icra icra sənədinə əsasən 1420 manat alınıb tələbkar X1 ödənilməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərin surətlərindən görünür ki, Borclu Qazax Rayon Məhkəməsinin 2(023)-2121/2015 nömrəli, xx.xx.2015-ci il tarixli və 2(023)-372 saylı, xx.xx.2016-cı il tarixli icra sənədlərində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən Borclu məcburi qaydada Qazax Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmış, həmin qərar icra qurumun rəhbəri tərəfindən təsdiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Qazax Rayon Məhkəməsinin 2(023)- 2121/2015 nömrəli, xx.xx.2015-ci il tarixli və 2(023)-372 saylı, xx.xx.2016-cı il tarixli icra sənədlərinin icrası üzrə tələbin könüllü icrası barədə bildirişlərə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Qazax Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-2121/2015 saylı, xx.xx.2015-ci il tarixli və 2(023)- 372 saylı, xx.xx.2016-cı il tarixli icra sənədləri üzrə borclu – Qazax rayonu Ağköynək kəndində yaşayan Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №8(023)-44/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-44/2023
22.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver