Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-44/2024 25.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin оğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, iştirakları ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Qazax rayon Məhkəməsinin 2(023)-40/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz 200 CDİ” minik markalı, ** BL *** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-40/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu Hüseyn, Gülgəz və Firat adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 360 manat aliment pulu alınıb Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını könüllü təmin olunması məqsədi ilə Borclu 10 gün müddətində vaxt verilmişdir. Lakin, borclu tələbi könüllü icra etməmişdir. Bu səbəbdən də məcburi icra tədbirləri həyata keçirilərək X1 adına əmlakın olub olmaması barədə müvafiq təşkilatlara sorğular edilmiş və sorğuya cavabında Borclu adına “Mercedes Benz 200 CDİ” minik markalı, ** BL *** avtomobilin qeydiyyatda olması məlum olmuş və Qazax rayon Məhkəməsinin 8(023)-119/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu “Mercedes Benz 200 CDİ” minik markalı, ** BL *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)- 40/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu Hüseyn, Gülgəz və Firat adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 360 manat aliment pulunun alınıb X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 04 noybr 2022-ci il tarixli 8(023)-119/2023 saylı qərardaddan görünür ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-40/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün, Borclu məxsus “Mercedes Benz 200 CDİ” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin 19 aprel 2024cü il tarixli Qiymətləndiricinin dəvət edilməsi haqqında qərardadn görünür ki, Borclu məxsus “Mercedes Benz 200 CDİ” minik markalı, ** BL *** qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət olunmuşdur. İş materiallarına əlavə edilmiş Daşınar və Daşınmaz əmlakın qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Mercedes Benz 200 CDİ” minik markalı, ** BL *** qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 1500 manatdır. İş materiallarına əlavə edilmiş tələbkar X3 ərizəsindən görünür ki, Borclu məxsus “Mercedes Benz 200 CDİ” minik markalı, ** BL *** qeydiyyat nişanlı avtomobil Daşınar və Daşınmaz əmlakın qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda göstərilən qiymətə uyğun olaraq borc əvəzinə 1500 manat tələbkara təklif olunmuş və o, bu təklifi qəbul edərək maşının üzərindən həbsin götürülməsini xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulmasına səbəb olan əsaslar aradan qalxdığından, verilmiş təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz 200 CDİ” minik markalı, ** BL *** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-40 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz 200 CDİ” minik markalı, ** BL *** qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-44/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-44/2024
25.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver