Məhkəmə qərarları › İş №8(023)-46/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-46/2024

25.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-46/2024 25.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Babaşov Orxan Əyyar oğlunun iştirakları ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-287/2024 saylı, 29 fevral 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus avtomobil üzərinə həbs qoyulmasına dair Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n е t d i: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-287/2024 saylı, 29 fevral 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan «VAZ 21154 minik» markalı 99BT975 qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 2(023)-287/2024 saylı, 29 fevral 2024-cü il tarixli icra sənədin əsasən Borclu 8153,27 manat alınıb tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Qazax Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraata yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Elektron İcra informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində «VAZ 21154 minik» markalı 99BT975 qeydiyyat nişanlı avtomobil vardır. Məhkəmə əmrinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Babaşov Orxan Əyyar oğlu təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 22(023)- 287/2024 saylı, 29 fevral 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 8153,27 manat alınıb tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir ödənilməlidir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu X1 məhkəmə əmrində göstərilən tələbi 10 gün ərzində könüllü icra etməsi tələb olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da məhkəmə əmrində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobil üzərinə həbs qoyulmalı və təqdimat təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərаrаaldı: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-287/2024 saylı, 29 fevral 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan «VAZ 21154 minik» markalı ** BT *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar