Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-46/2025 03.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Anar Fərmayıl oğlu Hümmətovun katibliyi İcra çöbəsinin rəisi X1 Tələbkar və Borclu iştirakı ilə Borclu məcburi gətirilməsi barədə Qazax rayon icra və probasiya şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Qazax Rayon Məhkəməsinin 2(023)-144/23 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Tələbkar xx.xx.2020-ci il təvəllüdlü Əminə adlı uşaq ilə hər həftənin şəbnə günü saat 11:00-dan saat 17:00-a kimi görüşüb ünsiyyətdə olması qət edilmişdir. Göstərilən iş üzrə icra sənədi xx.xx.2023-cü il tarixdə Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin vaxtdan icraya yönəlmişdir. Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla müraciət edərək göstərmişdir ki, Borclu Qazax Rayon İcra Və Probasiya şöbəsinə məcburi gətirilməsini məhkəmədən xahiş etmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək Tələbkar qızı 12 oktyabr 2020-ci il təv. X2 ilə ünsiyyəti ilə bağlı Qazax rayon məhkəməsinin 2(023)-144/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədi icraatda olmasını qeyd etmişdir. 2024-cü ilin avqust ayından Bakı şəhərində Nizami rayonunda yaşayır. Bakı şəhərində "Bravo" marketdə işləyir. Qızları 12 oktyabr 2020-ci il təv. X2 isə Bakı şəhəri, Xətai rayonu 232 nömrəli Uşaq baxçasına gedir. Onlar uşağı ilə daimi olaraq Bakı şəhərində yaşayır. İcra işi isə Qazax rayon icra və probasiya şöbəsindədir. O ünsiyyətdən imtina etməmiş və 2024-cü ilin avqust ayından da Bakı şəhərində yaşayıram. O hər həftənin müəyyən edilmiş günlərində uşağı Qazax rayonuna gətirə bilmir. Bundan başqa icra məmuru ona rəsmi qaydada heç bir məlumat verməmişdir. Anası ilə alimenti bağlı danışmışdır. O yaşayış yeri olan Bakı şəhəri Nizami rayonunda icra işinin təşkil edilməsini isətəyir. Buna görədə Qazax rayon məhkəməsinin 2(023)-144/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədi aidiyyəti üzrə Bakı şəhəri, Nizami rayon İcra və Probasiya idarəsinə göndərilməsini istəyir. Ona rəsmi qaydada çağırış verildiyi vaxtlarda icra şöbəsində olmuşdur. Borclunun 3678 manat aliment borcu olsa da borclu Tələbkar heç bir ödəniş etmir. 1 il 3 aydan çoxdur heç bir ödəniş edilmir. Buna görədə xahiş edir ki, Qazax rayon icra və probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatı müdafiə edərək, Tələbkar 2023-cü ilin avqust ayında borcunu tam bağlamış, qarşılıqlı razılıq əsasında özləri razılaşmışdılar, sonradan borclu uşağı göstərməmişdir. Tələbkar aliment ödəməyir. Daha sonra Borclu ilə əlaqə saxlayan zaman Bakı şəhərində olduğu bildirildi və icra şöbəsinə gəlmədi. Odur ki, onun barəsində verilən təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar dəfələrlə borclunun yaşadığı ünvana getməsini, görüşə şərait yaradılmadığını qeyd etmişdir. Ona görə də borcunun barəsində verilmiş təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu Tələbkar aliment borcunu ödəmədiyi üçün uşağı göstərmədiyini qeyd etmiş və onun barəsində verilmiş təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. İcra sənədi üzrə borcun ödənilməsi və icra sənədinin icrası ilə əlaqədar Borclu yaşadığı Qazax rayonu, Xanlıqlar kəndinə dəfələrlə rəsmi bildirişlər, xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, borclu icra məmurunun çağırışına gəlməmiş, habelə gəlməmisinin səbəblərinin üzrlü olması barədə icra qrupuna heç bir rəsmi sənəd təqdim etməmişdir. Bununla Borclu icra məmurunun çağırışına gəlməkdən və icra hərəkətlərini həyata keçirməkdən üzrsüz səbəbdən yayınmışdır. Qazax Rayon Məhkəməsinin 2(023)-144/23 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra sənədinin materiallarından müəyyən edilir ki, Borclu borcunu ödəməsi barədə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, Borclu uşaqla görüş üçün müvafiq icra hərəkətlərini həyata keçirməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə sasən məhkəmə icraçısının çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-144/23 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu icra məmurunun çağırışına üzrsüz səbəblərdən gəlmədiyindən Borclu məcburi qaydada Qazax Rayon İcra və Probasiya şöbəsinə gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.2001-ci ildə doğulmuş, Qazax rayonu, Xanlıqlar kəndində yaşayan Borclu məcburi qaydada Qazax Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-46/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-46/2025
03.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver