Məhkəmə qərarları › İş №8(023)-47/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-47/2024

25.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-47/2024 25.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 , Borclu, Tələbkar nümayəndəsi Nümayəndə iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(104)-913/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakının üzərinə həbs qoyulmasına dair Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(104)-913/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivi, 0.0042 sahibkarlıq torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(104)-913/2023 nömrəli icra sənədinə əsasən icra sənədində qeyd olunan əmlaklar və qızıl əşyaları və yaxud özləri olmadıqda onların ümumi dəyəri X4, Borclu və X2 alınıb Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Qazax Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X1 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivi, 0.0042 sahibkarlıq torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar nümayəndəsi Nümayəndə təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu tələbkarın əşyalarını yaxın vaxtda özünə qaytaracağını bildirdi. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(104)-913/2023 nömrəli icra vərəqəsindən görünür ki, X4, Borclu və X2 icra sənədində qeyd olunan əmlaklar və qızıl əşyaları və yaxud özləri olmadıqda onların ümumi dəyəri alınıb Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borcluya icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti orqanlara sorğular edilmiş və aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivi ünvanında yerləşən, 0.0042 sahibkarlıq torpaq sahəsinin qeydiyyata alınması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədinin icraya yönəldiyi müddət ərzində lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus torpaq sahəsi üzərinə həbs qoyulmalı, verilmiş təqdimat təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərаrаaldı: Təqdimat təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)-913/2023 nömrəli xx.xx.2023cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivi 0,0042 sahibkarlıq torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar