Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-47/2025 18.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxərddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov tərəfindən verilmiş «borclunun məcburi gətirilməsi barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-392/2023 saylı icra sənədinə əsasən Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax rayon icra və probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin 2(023)-392 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu Əminə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Qazax rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Borclu «İcra haqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada tələbin dərhal icrası üçün verilmiş müddət ərzində icra sənədinin icrasını təmin etməmiş, o cümlədən tələbin ödənilməsi istiqamətində heç bir təşəbbüs göstərməmişdir.Göstərilən əsasların mövcud olması, məcburi icra tədbirlərinin tətbiqi zəruriyyətini yaratmışdır. Eləcə də rəsmi qeydiyyatda olduğu ünvana dəfələrlə çağırış vərəqəsi və məktub göndərilməsinə baxmayaraq, borclu icra məmurunun çağırışına gəlməmiş,habelə gəlməməyinin səbəblərinin üzürlü olması barədə heç bir rəsmi sənəd təqdim etməmişdir. Borcluya ünvanlanmış bildirişdə çağırışa gəlmədiyi təqdirdə məcburu gətirilməsi üçün təqdimatla Qazax rayon məhkəməsinə müraciət olunacağı barədə xəbərdarlıq edilmışdir. Buna baxmayaraq borclu icra məmurunun çağırışına gəlməmiş, icra hərəkətlərini həyata üzürsüz səbəbdən yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Qazax Rayon Məhkəməsinin 2(023)-392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu Əminə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-392/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrası üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin icra edilməməsi ilə əlaqədar məsuliyyəti izah olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərarın surətindən görünür ki, Borclu məcburi qaydada Qazax Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar icra orqanının rəhbəri tərəfindən təsdiq edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə borclunun hər hansı üzrlü səbəb olmadan icra məmurunun çağırışı ilə gəlməkdən boyun qaçırmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1999-cu ildə Qazax rayonu Barxudarlı kəndində anadan olmuş, Qazax rayonu Barxudarlı kəndində qeydiyyatda olan və Qazax rayonu Xanlıqlar kəndində yaşayan Borclu Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-392/2023 saylı icra sənədinin icrası ilə bağlı Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-47/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-47/2025
18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver