Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-49/2024 04.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(008)-3042/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus Qazax rayonu Çaylı kəndində yerləşən JN-1713A kod ********* həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(008)-3042/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu adına JN-1713A kod ********* həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(008)-3042/2021 saylı icra sənədinə əsasən Borclu Məhəmməd və Zəhra adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 manat sabit məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində aidiyyatı orqanlara sorğular edilmiş və borclunun adına Qazax rayonu Çaylı kəndində yerləşən JN-1713A kod ********* həyətyanı torpaq sahəsi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat rədd olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(008)-3042/2021 saylı icra vərəqinə əsasən Borclu Məhəmməd və Zəhra adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 manat sabit məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1.-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələb əmlaka yönəldilməlidir. Lakin iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın AN-İ№0257947 nömrəli 2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X2 məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinin 1775 saylı xx.xx.2011-ci il tarixli arayışına əsasən, Qazax rayonu Çaylı kəndində yerləşən 0,08 ha torpaq sahəsi X3 verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan da, görünür ki, Qazax rayonu Çaylı kəndində yerləşən 0,0829 ha torpaq sahəsi X3 məxsusdur. İş materiallarına əlavə edilmiş Qazax rayonu Çaylı Bələdiyyəsinin 04 iyul 2024-cü il tarixli 62 nömrəli arayışından görünür ki, Çaylı kənd sakini X2 məxsus JN-1713A kod ********* həyətyanı torpaq sahəsi 09 avqust 2011-ci il tarixdə Çaylı kənd sakini X1. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(008)-3042/2021 saylı icra sənədi üzrə Borclu məxsus, Qazax rayonu Çaylı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində QazaxRayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-49/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-49/2024
04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver