Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-5/2025 09.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov X1 Arif Hüseyn oğlunun nümayəndəsi, X6 və X2 qanuni nümayəndəsi (himayəçisi) X5 «əmlakın üzərinə həbsin qoyulması» barədə ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: X4 nümayəndəsi, X6 və X2 qanuni nümayəndəsi (himayəçisi) X5 ərizə ilə məhkəməyə müraciət edərək «əmlakın üzərinə həbsin qoyulması» barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirdərək hesab edirəm ki, ərizə geri qaytarılmadır. Belə ki, X5 ərizə ilə əmlakın üzərinə həbsin qoyulması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etsə də, həmin ərizə forması və məzmununa riayət edilməməklə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən X4 nümayəndəsi, X6 və X2 qanuni nümayəndəsi (himayəçisi) X5 «əmlakın üzərinə həbsin qoyulması» barədə ərizəsi müvafiq çatışmazlıqların aradan qaldırılması üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən QƏRARA ALDİM: X4 nümayəndəsi, X6 və X2 qanuni nümayəndəsi (himayəçisi) X3 «əmlakın üzərinə həbsin qoyulması» barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-5/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-5/2025
09.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver