Məhkəmə qərarları › İş №8(023)-51/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-51/2025

02.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-51/2025 02.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Borclu iştirakı ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-324/2024-007 nömrəli icra sədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)-324/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-324/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Borclu adına qeydə alınmış, Qazax rayonu, Orta salahlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində tərəflərin nikah dövründə birgə vəsaitləri hesabına inşa edilmiş, hazırda cavabdehin yaşadığı və istifadəsində olan fərdi yaşayış evinin və yardımçı sahələrin tikilməsinə xərclənmiş 35871,0 manat xərcin yarısını təşkil edən 17935.50 (on yeddi min doqquz yüz otuz beş manat əlli qəpik) manat pulun Borclu alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilməsi, Borclu birgə nikah dövründə əldə edilmiş 2 baş inək və 1 baş danadan ibarət 6 (altı) baş iri buynuzlu malqaranın 1/2 hissəsi, özləri olmadıqda isə onların dəyərinin yarısını təşkil edən 3.150 (üç min yüz əlli) manat pulun alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilməsi, Borclu 900 manat dəyərində 585 əyyarlı çəkisi 10 qram olan qızıl sırğa-üzük dəsti, 1360 manat dəyərində 585 əyyarlı, çəkisi 16 qram olan qızı boyunbağı-klon dəsti, 1 ədəd 585 əyyarlı, 540 manat dəyərində çəkisi 6 qram olan qızıl qolbağı, 260 manat dəyərində 585 əyyarlı, çəkisi 3 qram olan qızıl üzük, 300 manat dəyərində 585 əyyarlı, çəkisi 3,5 qram olan qızıl üzükdən ibarət qızılzinət əşyaları, həmin əşyaların özləri olmadıqda isə onların ümumi dəyəri 3360 (üç min üç yüz altmış) manat pulun alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində Qazax rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bu səbəbdən də, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, maddi imkanı olmadığından borcunun hamsını birdəfəlik ödəyə bilmir. Ona görə də, borcun hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Ona görə də nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Təqdimata əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)- 324/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-324/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Borclu adına qeydə alınmış, Qazax rayonu, Orta salahlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində tərəflərin nikah dövründə birgə vəsaitləri hesabına inşa edilmiş, hazırda cavabdehin yaşadığı və istifadəsində olan fərdi yaşayış evinin və yardımçı sahələrin tikilməsinə xərclənmiş 35871,0 manat xərcin yarısını təşkil edən 17935.50 (on yeddi min doqquz yüz otuz beş manat əlli qəpik) manat pulun Borclu alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilməsi, Borclu birgə nikah dövründə əldə edilmiş 2 baş inək və 1 baş danadan ibarət 6 (altı) baş iri buynuzlu malqaranın 1/2 hissəsi, özləri olmadıqda isə onların dəyərinin yarısını təşkil edən 3.150 (üç min yüz əlli) manat pulun alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilməsi, Borclu 900 manat dəyərində 585 əyyarlı çəkisi 10 qram olan qızıl sırğa-üzük dəsti, 1360 manat dəyərində 585 əyyarlı, çəkisi 16 qram olan qızı boyunbağı-klon dəsti, 1 ədəd 585 əyyarlı, 540 manat dəyərində çəkisi 6 qram olan qızıl qolbağı, 260 manat dəyərində 585 əyyarlı, çəkisi 3 qram olan qızıl üzük, 300 manat dəyərində 585 əyyarlı, çəkisi 3,5 qram olan qızıl üzükdən ibarət qızılzinət əşyaları, həmin əşyaların özləri olmadıqda isə onların ümumi dəyəri 3360 (üç min üç yüz altmış) manat pulun alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)- 324/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin icra edilməməsi ilə əlaqədar məsuliyyəti izah olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Borclu borc öhdəliyi barədə izahat alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə görə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə icra sənədinin verilməsindən ötən müddət ərzində icra sənədinin hər hansı üzrlü səbəb olmadan icra edilməməsini, borclunun tələbin yönəldilə biləcək əmlakının aşkar edilməməsini, bunun isə borclunun iştirakı olmadan icra sənədinin icrasını mümkünsüz hala gətirdiyini nəzərə alaraq hesab edir ki, icranı təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)-324/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi icra olunanadək xx.xx.1983-cü il tarixdə Qazax rayonu Orta Salahlı kəndində anadan olmuş, Qazax rayonu Orta Salahlı kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar