Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-52/2024 17.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-133/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)- 133/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 14267 manat pul vəsaiti alınıb Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilərək surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası haqqında borcluya bildiriş poçt vasitəsilə göndərilmişdir. Lakin, tələb Borclu tərəfindən könüllü təmin edilməmişdir. Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, ona borcunu ödəməli olduğu izah olunmuşdur. Bununla yanaşı icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xəbərdarlıq olunmuşdur. Borclu adına bankda pul vəsaitinin, depozitinin, əmanətin habelə daşınar və yaxud daşınmaz əmlakının olub olmamasına dair aidiyatı dövlət qurumlarına sorğular verilmiş, həmçinin borclunun evinə baxış keçirilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlak aşkar etmək mümkün olmamışdır. Bütün bu xəbərdarlıqlara, qanunvericilikdə nəzərdə tutulmuş qaydalar ona izah alınmasına baxmayaraq Borclu öz hərəkətsizliyi ilə, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırdığını sübuta yetirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Qazax Rayon Məhkəməsinin 2(023)-133/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu 14267 manat pul vəsaiti tutularaq Tələbkarnə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, bildiriş Borclu təqdim edilməklə, ona Qazax Rayon Məhkəməsinin Məhkəməsinin 2(023)-133/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin Məhkəməsinin 2(023)-133/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu– xx.xx.1991-ci il tarixdə anadan olmuş Qazax rayonu Çaylı kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-52/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-52/2024
17.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver