Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-52/2025 02.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Borclu iştirakı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(023)-553/2015 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə ərizəçi (tələbkar) X9 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Qazax Rayon Məhkəməsinin 2(023)-553/2015 saylı, 16 aprel 2015-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya olunması və alimentin miqdarını artıraraq bir uşaq üçün 400 manat aliment tutularaq ona ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə ünvanladığı ərizəsini X9 onunla əsalandırmışdır ki, o, iş üzrə cavabdeh Borclu ilə 2007-ci il tarixdə qeyri-rəsmi qaydada ailə həyatı qurmuşdur. Cavabdehlə nikahlarını rəsmiləşdirməmişlər. Cavabdehlə birgə yaşadığı dövrdə xx.xx.2009-cu il tarixdə X8 adlı uşağı anadan olmuşdur. Cavabdehlə ailə quranda ailə münasibətləri yaxşı olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən artıq 2011-ci ildən ayrılmışlar. Cavabdeh ilə ayrıldığı gündən bu günə kimi atalıq borcunu yerinə yetirməmiş və uşağına heç bir maddi yardım etməmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-553/2015 saylı, 16 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən bir uşağın saxlanması üçün 80 manat cavabdeh Borclu alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh yüksək məbləğdə qazanc əldə etməsinə buna baxmayaraq övladı ilə maraqlanmaq istəmir. Bundan başqa ailəyə köməklik edəni yoxdur. Bu səbəbdən də hesab edir ki, məhkəmə qətnaməsinin indeksasiya olunaraq alimentin miqdarının dəyişdirilməsi zərurəti yaranmışdır. Əgər cavabdeh, valideyinlik borcunu öz üzərində hiss etsə idi, bu zaman uşağın daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşağı üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməkliyini göstərmir. Hətta o uşağın hər hansı bir müalicəsi ilə əlaqədar bütün dərman vasitələrini almağa məcbur olur. Qazax Rayon Məhkəməsinin 2(023)- 553/2015 saylı, 16 aprel 2015-ci il tarixli qətnaməsi iiə bir uşağın saxlanması üçün 80 manat aiimentin tutulması qət edilibsə məhkəmə 2025-ci il üçün indeksasiya olunmasını müəyyən etməlidir. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, ərizəni qəbul etmir, belə ki, o, X9 ilə xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlamış və həmin barışıq sazişi əsasında hər ay 130 manat aliment ödəyir. Həmçinin ikinci evliliyindən bir övladı vardır və onun maddi tələbatlarınıda ödəyir. Ona görə də, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. X3 məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılıb təmin olunmasını xahiş etmişdir. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qaydasında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, iddiaçını dinləyərək, hesab edir ki, X2 Borclu qarşı “alimentin məbləğinin indeksasiya edilməsi barədə” iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, birinci tərəf X9 ikinci tərəf Borclu alimentin artırılması ilə bağlı təklif göndərmişdir, ikinci tərəf birinci tərəfin təklifinə razılıq verərək hər ay 130 (bir yüz otuz) manat aliment ödəməyi öz öhdəsinə götürmüş və hər ayın 17-si birinci tərəfin bank hesabına pulu ödəyəcəyinə heç bir etirazının olmadığını bildirmişdir. Birinci tərəf buna razı oduğunu bildirmişdir. Tərəflərin birbirindən başqa istək və tələbləri yoxdur. İşdə olan Qazax Rayon Məhkəməsinin 2(023)-553/2015 saylı, 16 aprel 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 üçün ayda 80 manat cavabdeh Borclu alınaraq X7 vrilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-1-ci maddəsinə görə tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflərin barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq idilmişsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X3 ilə Borclu arasında xx.xx.2022-ci il tarixdə aliment ödənilməsi ilə bağlı barışıq sazişi bağlanmışdır. Tərəflər barışıq sazişi ilə aliment ödəmələri barədə könüllü razılığa gəldikləri halda aliment məbləğinin indeksasiya olunması yolverilməzdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, X2 Borclu qarşı “alimentin məbləğinin indeksasiya edilməsi barədə” iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Borclu qarşı “alimentin məbləğinin indeksasiya edilməsi barədə” ərizəsinə xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-52/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-52/2025
02.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver