Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-53/2025 07.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Anar Fərmayıl oğlu Hümmətovun katibliyi X1 iştirakı ilə X1 qətnaməni hissə-hissə icra etdirməyə dair ərizəsinə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 qətnaməni hissə-hissə icra etdirməyə barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(023)-324/2023 nömrəli qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsi isə 31 yanvar 2024-cü il tarixli, 2(104)324/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 24583 manat borcun hər ayın 200 manat olmaqla qətnaməsinin hissə-hissə icra etməyi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu X3 ərizə ilə müraciət edərək Qazax Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsini baxılmadan ona geri qaytarılması xahiş etmişdir. Məhkəmə X1 ərizəsini nəzərə alaraq hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 qətnaməni hissə-hissə icra etdirməyə dair ərizəsinə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-53/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-53/2025
07.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver