Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-54/2023 01.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq оğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi X1, Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-169/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə X1 “əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon Məhkəməsinin 2(023)-169/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X11 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin qərardadına əsasən ona məxsus Qazax rayonu, Qarapapaq kəndində yerləşən yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin qərardadına əsasən mülkiyyətində olan Qazax rayonu Qarapapaq kəndində yerləşən yaşayış evinin üzərinə müvəqqəti təminat tədbiri qismində həbs qoyulmuşdur.Hazırdsa həmin iş üzrə iddia tələbi rədd edilmiş və bu hal Ali Məhkəmənin öz qərarında əksini tapmışdır. Lakin hazırkı vəziyyətdə yəni işin onun xeyrinə yekunlaşdırıldığı təqdirdə əmlakı üzərinə qoyulmuş həbs onun mülkiyyətdən istifadə hüququnu məhdudlaşdırır. Ona görə də, Qazax rayonu Qarapapaq kəndində yerləşən yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edir. Məhkəmə iclasında borclu X11 izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında icra məmuru X9 izahat verərək ərizənin təmin olunmasına heç bir etirazının olmadığını bildirdi. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-169/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, X7 məxsus Qazax rayonu Qarapapaq kəndində yerləşən 166.8 kvm fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi X7 qadağan edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(023)-169/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar X6 və X2 cavabdeh X4, maraqlı şəxslər X11, X10, üçüncü şəxslər Qazax Rayon Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax rayon Şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsinə qarşı – vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin, çıxarışların, alqısatqı müqaviləsinin verildiyi andan etibarsız hesab edilməsi, miras payın bölünməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)- 1568/2022 saylı qətnaməsindən görünür ki, iddiaçılar X6 və X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(023)- 169/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 19 dekabr 2022-ci il tarixli 2(102)-5946/2022 saylı qətnaməsinə əsasən iddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1568/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakının özgəninkiləşdirilməsinin qadağan edilməsi üçün əsaslar aradan qalxdığından, ərizə təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-169/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X7 məxsus Qazax rayonu Qarapapaq kəndində yerləşən 166.8 kvm fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin X7 qadağan edilməsinə dair Qazax Rayon Məhkəməsinin 2(023)-169/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №8(023)-54/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-54/2023
01.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver