Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-56/2024 05.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tural Nəbiyev tərəfindən verilmiş «borclunun məcburi gətirilməsi barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-442/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu Qazax Rayon İcra və Probasiya məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-442/2023 nömrəli icra sənədinə əsasən Borclu 2210 manat alınıb Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Qazax Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədini icra etməmişdir və 2210 mana borcu yaranmışdır. Buna görə də qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 442/2023 nömrəli icra sənədinin icrası ilə bağlı Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqqında qərardad çıxarılması üçün məhkəməyə müraciət edilmişdir. Sonda icra məmuru təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 442/2023 nömrəli icra sənədinin surətindən görünür ki, cavabdeh Borclu 2150 (iki min yüz əlli) manat pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu alınaraq Tələbkar ödənilməlidir. İş materiallarına əlavə edilmiş Borclu ünvanlanmış xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Borclu Qazax Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi barədə xəbərdarlıq edilmiş və icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi barədə qərarın surətindən görünür ki, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar icra orqanının rəhbəri tərəfindən təsdiq edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə borclunun hər hansı üzrlü səbəb olmadan icra məmurunun çağırışı ilə gəlməkdən boyun qaçırmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1985-ci il tarixdə Qazax rayonunu, Aşağı Salahlı kəndində anadan olmuş, Qazax rayonunu, Aşağı Salahlı kəndində qeydiyyatda olan və yaşayan Borclu Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-442/2023 nömrəli icra sənədinin icrası ilə bağlı Qazax Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-56/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-56/2024
05.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver