Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-57/2023 23.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq оğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Borclu iştirakları ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Qazax rayon Məhkəməsinin 2(023)-117 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz 200” minik markalı, ** EO *** qeydiyyat nişanlı və “Mercedes Benz 200” minik markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-1171 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Borclu, X3 və X1 8157,39 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-yə ödənilməlidir. İcra sənədinin icrasını könüllü təmin olunması məqsədi ilə Borclu 10 gün müddətində vaxt verilmişdir. Lakin, borclu tələbi könüllü icra etməmişdir. Bu səbəbdən də məcburi icra tədbirləri həyata keçirilərək Borclu adına əmlakın olub olmaması barədə müvafiq təşkilatlara sorğular edilmiş və sorğuya cavabında Borclu adına “Mercedes Benz 200” minik markalı, ** EO *** qeydiyyat nişanlı və “Mercedes Benz 200” minik markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qeydiyyatda olması məlum olmuş və Qazax rayon Məhkəməsinin 8(023)-113/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu Mercedes Benz 200” minik markalı, ** EO *** qeydiyyat nişanlı və “Mercedes Benz 200” minik markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Tələbkar QSC-nin xx.xx.2022-ci il tarixli məktubundan icra sənədi üzrə borcun tam olaraq ödənildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 12 iyun 2017-ci il tarixli 2(023)-1171 saylı icra sənədindən görünür ki, Borclu 8157,39 ABŞ dolları 20 manat məbləğində vəsait tutularaq Tələbkar QSC -yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 04 noybr 2022-ci il tarixli 8(023)-113/2022 saylı qərardaddan görünür ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-1171 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün, Borclu məxsus məxsus “Mercedes Benz 200” minik markalı, ** EO *** qeydiyyat nişanlı və “Mercedes Benz 200” minik markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Tələbkar QSC tərəfindən Qazax Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Borclu Banka olan borcu tam ödənilmişdir. Odur ki, bank icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Qazax rayon Məhkəməsinin 2(023)-1171 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulmasına səbəb olan əsaslar aradan qalxdığından, verilmiş təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz 200” minik markalı, ** EO *** qeydiyyat nişanlı və “Mercedes Benz 200” minik markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Qazax rayon Məhkəməsinin 2(023)-1171 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz 200” minik markalı, ** EO *** qeydiyyat nişanlı və “Mercedes Benz 200” minik markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №8(023)-57/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-57/2023
23.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver