Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-58/2023 04.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İcra məmuru X1 Tələbkar iştirakları ilə icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Qazax Rayon İcra və Probasiya şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Qazax Rayon Məhkəməsinin 2(023)-841/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Qazax rayon icra və probasiya şöbəsinin icraatında olan əsasən Borclu hər ay hər uşaq üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutulub xx.xx.2014-cü ildə doğulmuş Nuray, xx.xx.2016-cı ildə doğulmuş Nuran və xx.xx.2020-ci ildə doğulmuş Əkram adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Tələbkar verilməlidir. Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aytən Məmmədova təqdimatla müraciət edərək göstərmişdir ki, icra sənədi üzrə Borclu tapmaq mümkün olmadığını, borclunun əmlaklarının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün icra tədbirlərinin heç bir nəticə vermədiyini, Borclu ölkədən getməsi ilə əlaqədar icra sənədinin icra edilməsində ciddi çətinliklərin yaranacağını nəzərə alaraq “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aytən Məmmədova təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar Borclu barəsində verilmiş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onun məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə borclunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə icra məmurunun və tələbkarın izahatılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş, Qazax Rayon Məhkəməsinin 2(023)-841/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay hər uşaq üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutulub xx.xx.2014-cü ildə doğulmuş Nuray, xx.xx.2016-cı ildə doğulmuş Nuran və xx.xx.2020-ci ildə doğulmuş Əkram adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Tələbkar verilməsi barədə Qazax Rayon İcra və Probasiya şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan, icra şöbəsinin icra məmuru Aytən Məmmədovanın Borclu ünvanladığı bildirişin surətindən müəyyən olunur ki, Qazax Rayon Məhkəməsinin 2(023)- 841/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Qazax rayon icra şöbəsində icraatı balanılmış icra sənədlərində göstərilən tələbi icra etməsi üçün Borclu 10 gün müddətinə vaxt verilmişdir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, Qazax Rayon İcra və Probasiya şöbəsi tərəfindən Borclu barəsində axtarış elan edilməsinə dair qərar qəbul edilmiş və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-841/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra sənədinin materiallarından müəyyən edilir ki, Borclu borcunu ödəməsi barədə Qazax Rayon İcra və Probasiya şöbəsində izahatı alınmış, barəsində inzibati protokol tərtib edilmiş, bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, Borclu borcunu könüllü ödəməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikasının MPM-nin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibatiiqtisadi məhkəməi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə, Qazax Rayon Məhkəməsinin 2(023)-841/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-841/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-58/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-58/2023
04.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver