Məhkəmə qərarları › İş №8(023)-59/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-59/2025

16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-59/2025 16.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, X1 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-719/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx.xx.2025-ci il tarixdə borclu X3 məhkəməyə ərizə təqdim edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-719/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu X3 ərizəsini müdafiə edərək göstərdi ki, xx.xx.2021-ci il tarixində Yelo Bank ASC-dən 10.500 manat məbləğində kredit götürmüşdür. Ümumilikdə kredit borcunnan 3.318 manat ödəniş etmişdir. Sonradan maddi vəziyyəti çətin olmasına görə və işsiz olduğu üçün ödənişlərində gecikmələr olmuşdur. Faiz məbləği ilə birlikdə 8.512 manat borcu vardır. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixi 2(023)- 719/2023 qənaməsində öz əksini tapmışdır. Hazırda hər ay 150-200 manat ödənişlər edir. Odur ki, qətnamə üzrə borcun hiss-hissə ödənilməsi üçün hər ay 150-200 manat ödənilməsi barədə qərar çıxarılması xahiş etmişdir. Tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qaydasında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, iş üzrə toplanmış sənədləri araşdıraraq, borclunu dinləyərək, hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxslər, ictimai birlikləri, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələbinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, X1 Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-719/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi tələbkarın mənafeyi baxımından da təmin edilməsi mümkün deyildir. Belə ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icra olunması dedikdə, onun icrasının müəyyən zaman intervalı və hər hissəsini icra müddəti nəzərə alınmaqla, hissə-hissə həyata keçirilməsi başa düşülür. Bu zaman tələbkarın mənafeyi də mütləq nəzərə alınmalıdır. Buna görə də qətnamənin icrasına möhlət verildiyi müddət və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin arasındakı vaxt intervalı və həmin hissələrin icra müddəti olduqca çox olmamalıdır. Eləcə də qətnamənin icrasına müntəzəm möhlət verilməsi də məqədəuyğun deyildir. Əks təqdirdə məhkəmə qətnaməsinin səmərəliliyi azalır və tələbkar öz hüquqlarını realizə etmək hüququndan məhrum olur. Göründüyü kimi ərizəçinin göstərdiyi qaydada hər ay 150-200 manat məbləğində ödəniş etməklə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-719/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi üçün olduqca uzun müddət lazımdır ki, bu hal da məhkəmə qətnaməsinin səmərəliliyinin azalmasına və tələbkarın öz hüquqlarını realizə etmək imkanından məhrum olmasına səbəb olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-719/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar