Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-61/2024 19.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlu sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi və İcra şöbəsinin rəisi X1 iştirakı ilə icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Qazax Rayon İcra və Probasiya şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Qazax Rayon Məhkəməsinin 2(023)-1758/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay bir ayın uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar Səhlədar qızına verilməsi qət edilmişdir. Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla müraciət edərək göstərmişdir ki, icra sənədi üzrə Borclu tapmaq mümkün olmadığını, borclunun əmlaklarının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün icra tədbirlərinin heç bir nəticə vermədiyini, Borclu ölkədən getməsi ilə əlaqədar icra sənədinin icra edilməsində ciddi çətinliklərin yaranacağını nəzərə alaraq “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə borclu və tələbkarın iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə icra şöbəsinin icra məmurunun izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş, Qazax Rayon Məhkəməsinin 2(023)-1758/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay bir ayın uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar Səhlədar qızına verilməsi barədə Qazax Rayon İcra və Probasiya şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan, icra şöbəsinin rəisi Ramiz Şəmmədov Borclu ünvanladığı bildirişin surətindən müəyyən olunur ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1758/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya Şöbəsində icraatı balanılmış icra sənədində göstərilən tələbi icra etməsi üçün Borclu 10 gün müddətinə vaxt verilmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-1758/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra sənədinin materiallarından müəyyən edilir ki, Borclu borcunu ödəməsi barədə bildiriş, xəbərdarlıq göndərilməsinə, izahatı alınmasına baxmayaraq, Borclu aliment borcunu könüllü ödəməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikasının MPM-nin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibatiiqtisadi məhkəməi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə, Qazax Rayon Məhkəməsinin 2(023)-1758/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-1758/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-61/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-61/2024
19.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver