Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-63/2023 31.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa оğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Qazax rayon Məhkəməsinin 2(023)-2591 saylı xx.xx.2017-ci il tarixli və 8(023)-48 saylı, 15 sentyabr 2020-ci il tarixli qərardadları ilə Borclu məxsus olan “BMW 535” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax rayon Məhkəməsinin 2(023)-2591 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən iddianın təmini məqsədilə Borclu mülkiyyətində olan “BMW 535” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)-257 saylı, 01 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən icra sənədində qeyd olunan qızıl-zinət əşyalarının ümumi dəyəri 9420,5 manat pul Borclu və X1 alınıb tələbkar X3 verilməlidir. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinin icrasının təmini məqsədilə Qazax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdimatla məhkəməyə müraciət olunmuş və Qazax Rayon Məhkəməsinin 8(023)-48 saylı, 15 sentyabr 2020-ci il tarixli qərardadına əsasən Borclu məxsus “BMW 535” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.İcra sənədinin icrasının təmini məqsədilə xx.xx.2020-ci il tarixdə Borclu məxsus olan “BMW 535” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilərək "xxxx" MMC-yə göndərilmişdir. "xxxx"MMC-nin 21 iyun 2021-ci il tarixli, 36 nömrəli məktubuna əsasən Borclu məxsus olan “BMW 535” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 6000 (altı min) manat məbləğində müəyyən edilmişdir.Hərrac Mərkəzi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Borclu məxsus olan BMW 535” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin müvafiq qanunvericiliyə uyğun olaraq hərracə təşkil olunduğu və heç bir alıcı müraciəti olmadığı göstərilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən Borclu məxsus olan “BMW 535” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 6000 (altı min) manat məbləğində borc əvəzinə tələbkar X3 təklif edilmiş, lakin tələbkar xx.xx.2023cü il tarixli ərizə ilə Qazax Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək təklifdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)- 2591 saylı xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, Borclu mülkiyyətində olan “BMW 535” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)-257 saylı, 01 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən icra sənədində qeyd olunan qızıl-zinət əşyalarının ümumi dəyəri 9420,5 manat pul Borclu və X1 alınıb tələbkar X3 ödənilməsi qət edilmişdir. İş materiallarında Qazax Rayon Məhkəməsinin 8(023)-48 saylı, 15 sentyabr 2020-ci il tarixli qərardadına əsasən Borclu məxsus “BMW 535” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 21 iyun 2021-ci il tarixli, 36 nömrəli məktubuna əsasən Borclu məxsus olan “BMW 535” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 6000 (altı min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli borclunun üzərinə həbs qoyulmuş əmlakının tələbkara təklif olunması haqqında təklifdən görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən Borclu məxsus olan “BMW 535” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 6000 (altı min) manat məbləğində borc əvəzinə tələbkar X3 təklif edilmişdir İş materiallarına əlavə edilmiş tələbkar X2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Qazax Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək təklifdən imtina etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulmasına səbəb olan əsaslar aradan qalxdığından, verilmiş təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus BMW 535” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-2591 saylı xx.xx.2017-ci il tarixli icra sənədi və Qazax Rayon Məhkəməsinin 8(023)-48 saylı, 15 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “BMW 535” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-63/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-63/2023
31.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver