Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-63/2025 30.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi və İcra məmuru X1 iştirakı ilə icra vərəqəsi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-144/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Tələbkar xx.xx.2020-ci il təvəllüdlü Əminə adlı uşağı ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək görüşüb ünsiyyətdə olması qət edilmişdir. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-188/2020 nömrəli, 24 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Tələbkar ərizəsinə əsasən cavabdeh Borclu qarşı olan uşaqla ünsiyyət tələbindən imtina etdiyinə görə və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci və 21-ci maddəsinə əsasən aliment tələbindən imtinasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında icra şöbəsinin rəisi Ramiz Şəmmədov icra vərəqəsi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi barədə təqdimatın təmin edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan, Tələbkar Qazax rayon İcra və probasiya şöbəsinə təqdim etmiş olduğu ərizəsinə əsasən, icraatında olan, Gəncə Apellyasiya Məhkəməsi tərəfındən verilmiş 2(104)-287/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu aliment tələbindən öz razılıqlarına əsasən imtina etdiyi üçün o da Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-144/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Tələbkar xx.xx.2020-ci il təvəllüdlü Əminə adlı uşağı ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək görüşüb ünsiyyətdə olması hüququndan 18 yaşınadək imtina edir. Bununla bağlı heç bir tələbi şikayəti olmayacaq. Onun razılığına əsasən qeyd olunan icra vərəqəsi üzrə uşaqla ünsiyyət hüququndan imtina edir. Ona görə də, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-144/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə tələbdən imtina etdiyi üçün icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə icra şöbəsinin rəisinin izahatını dinləyib, təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Tələbkar ərizəsinə əsasən cavabdeh Borclu qarşı olan uşaqla ünsiyyət tələbindən imtina etdiyini qeyd etmişdir. Məhkəmə, Tələbkar Borclu qarşı olan uşaqla ünsiyyət tələbindən imtina etdiyinə görə icra vərəqəsi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-144/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Tələbkar xx.xx.2020-ci il təvəllüdlü Əminə adlı uşağı ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək görüşüb ünsiyyətdə olması tələbindən imtina etdiyinə görə tələbkarın tələbdən imtinası qəbul edilsin . Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Qərardad müşavirə otağında komputerdə yazılmışdır. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-63/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-63/2025
30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver