Məhkəmə qərarları › İş №8(023)-66/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-66/2023

31.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-66/2023 31.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa оğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavid İmranlı təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-1547/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu X6 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1547/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X5 2848 manat borc pul tutularaq X1nun xeyrinə ödənilməlidir. İş üzrə borclu X2 icra üçün müəyyən olunmuş müddətdə tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, borclu borcunu ödəməmiş və ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. İcra sənədinin icrasini təmin etmək məqsədi ilə borclunun əmanəti, əmlakı və gəlirləri barəsində müvafiq idarə və təşkilatlara sorğular edilərək hec bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Belə olan halda məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasmı məqsədə müvafiq hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar borclu və icra məmuru məhkəmə iclasına gəlməmişdir. X1 teleqram vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə heç bir etirazı olmadığını və dəymiş zərərə görə ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Qazax Rayon Məhkəməsinin 2(023)-1547/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, X5 2848 manat borc pul tutularaq X1nun xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, bildiriş borclu X7 təqdim edilməklə, ona Qazax Rayon Məhkəməsinin 2(023)-1547/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş aliment borcunun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-1547/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.2006-cı il tarixdə Qazax şəhərində doğulmuş, Qazax şəhəri Babək küçəsi ev 50-də yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar