Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-66/2024 06.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi X5 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-881/2024 nömrəli qətnaməsinə izah verilməsi barədə Səttərova Şölə tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, 23 fevral 2000-ci il tarixdə Qazax rayonu Çaylı kəndində vəfat etmiş X6 onun nənəsi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-881/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X1 Şölə Malçı qızının nənəsi olması faktı müəyyən edilmişdir. Həmin qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Qazax Rayon Notariat Kontoruna göndərilmişdir. X2 Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-881/2024 nömrəli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-881/2024 nömrəli qətnamə ilə ərizəsini təmin etmiş, X6 X5 nənəsi olması faktını müəyyən etmişdir. X6 miras əmlakının qəbul edilməsi üçün lazımdır. Qətnamənin əsaslandırıcı və nəticə hissəsində atası X4 X6 oğlu olduğu göstərilmədiyi üçün notariusda miras əmlakı sənədləşdirmək mümkün olmur. Notariat Kontoru qətnamənin icrasından imtina edərək X6 onun hansı xətt üzrə nənəsi olmasını məhkəmə qətnaməsində göstərmədiyini bildirir. Buna görə də, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-881/2024 nömrəli qətnaməsinə izah etmət, qohumluq faktının hansı xətt üzrə keçdiyini, atası X4 X6 oğlu olması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 ərizənin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə, ərizəçini dinləyib, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələbinə görə, hakim qətnamənin məzmununu dəyişdirmədən ona izah verməyə haqlıdır. Hazırki halda isə, məhkəmə qətnamə qəbul edərkən yalnız iddia tələbi həcmində qətnamə qəbul etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-881/2024 nömrəli qətnaməsinin təsviri və əsaslandırıcı hissəsində ərizəçi X7 atasının X8 olduğu, Malçı Səttarovun anasının isə X11 olduğu şahid izahatlarından və elan edilmiş müvafiq sənədlərdən açıq aydın görsənir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinə izah verilməsi üçün heç bir zərurət olmadığından, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 230, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-881/2024 nömrəli qətnaməsinə izah verilməsi barədə X2 tərəfindən verilmiş ərizə təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-66/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-66/2024
06.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver