Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-66/2025 16.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi x1 katibliyi və Borclu iştirakı ilə icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Gəncə Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(104)-952/2024 nömrəli icra vərəqəsinə əsasən Borclu 7800 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(104)- 952/2024 nömrəli icra vərəqəsinin icrası zamanı icra və probasiya şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, qeyd olunan icra vərəqəsi üzrə, təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli Akta əsasən borclunun yaşadığı Qazax rayonu, Xanlıqlar kəndində borcluya məxsus 26 qoyun, 17 quzu (2 aylıq) xırda buynuzlu heyvanların üzərinə həbs qoyularaq akt tərtib edilmişdir. Odur ki, Borclu adına 26 qoyun, 17 quzu (2 aylıq) xırda buynuzlu heyvanların üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu onun barəsində verilmiş təqdimatın əsasən heyvanların qaytarılmasını və borcunu tələbkara az-az ödəyəcəyini bildirmişdir. Təqdimatın təmin edilməsinə etiraz etməmişdir Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, Borclu izahatını dinləyib hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli Akta əsasən Borclu yaşadığı Qazax rayonu, Xanlıqlar kəndində borcluya məxsus 26 qoyun, 17 quzu (2 aylıq) xırda buynuzlu heyvanların üzərinə həbs qoyularaq Tələbkar saxlanılması üçün təhvil verilmiş və Tələbkar Azərbaycan Respublikası CM-nin 303-cü maddəsinin tələblərinin izah edilməsi barədə akt tərtib edilmişdir. Belə ki, iş materiallarında olan, Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Gəncə Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(104)- 952/2024 nömrəli icra vərəqəsinə əsasən Borclu 7800 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan, Gəncə Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(104)-952/2024 nömrəli icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra sənədinin materiallarından müəyyən edilir ki, Borclu borcunu ödəməsi barədə izahatı alınmış, bildiriş göndərilməsinə baxmayaraq, Borclu borcunu könüllü ödəməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Gəncə Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(104)-952/2024 nömrəli icra sənədi üzrə xx.xx.2025-ci il tarixli Akta əsasən borclunun yaşadığı Qazax rayonu, Xanlıqlar kəndində borcluya məxsus 26 qoyun, 17 quzu (2 aylıq) xırda buynuzlu heyvanların üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-66/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-66/2025
16.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver