Məhkəmə qərarları › İş №8(023)-67/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-67/2023

31.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-67/2023 31.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa оğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavid İmranlı təqdimatla məhkəməyə müraciət edərək, Qazax rayon Məhkəməsinin 2(023)-250 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X3 məxsus “Chevrolet Niva 2123” minik markalı, **-XB-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-250 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu, X5 və X4 ümumi dəyəri 7850 manat alınıb tələbkar X7 ödənilməlidir. İcra sənədinin icrasını könüllü təmin olunması məqsədi ilə borclu X3 10 gün müddətində vaxt verilmişdir. Lakin, borclu tələbi könüllü icra etməmişdir. Bu səbəbdən də məcburi icra tədbirləri həyata keçirilərək X2 adına əmlakın olub olmaması barədə müvafiq təşkilatlara sorğular edilmiş və sorğuya cavabında X2 adına məxsus “Chevrolet Niva 2123” minik markalı, ** XB *** qeydiyyat nişanlı avtomobilin qeydiyyatda olması məlum olmuş və Qazax rayon Məhkəməsinin 8(023)-20/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 məxsus “Chevrolet Niva 2123” minik markalı, **-XB-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. X1 ərizəsindən icra sənədi üzrə borcun tam olaraq ödənildiyi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-250 saylı xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Borclu, X5 və X4 ümumi dəyəri 7850 manat alınıb tələbkar X7 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-20/2023 saylı xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-250 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün, borclu X3 məxsus “Chevrolet Niva 2123” minik markalı, **-XB-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş tələbkar X8 tərəfindən Qazax Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, X2 ona olan borcu tam ödənilmişdir. Odur ki, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulmasına səbəb olan əsaslar aradan qalxdığından, verilmiş təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu X3 məxsus “Chevrolet Niva 2123” minik markalı, **-XB- *** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Qazax rayon Məhkəməsinin 2(023)-250 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X3 məxsus “Chevrolet Niva 2123” minik markalı, **-XB-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar