Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-67/2024 24.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 , Tələbkar, Borclu iştirakları ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş «borclunun əmlakı üzərinə həbs qoyulması barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 854/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu əmlakının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatda qeyd edilmişdir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-854/2023 nömrəli icra sənədinə əsasən Borclu Mədinə və Eyyub adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 320 manat aliment pulu tutularaq Tələbkar verilməlidir. İcra sənədinin icrasının könüllü təmin edilməsi məqsədi ilə 10 gün müddətində vaxt verilmişdir. Lakin həmin müddətdə borclu tərəfindən icra sənədində göstərilən tələb icra edilməmişdir. Borcluya məxsus əmlakı müəyyən etmək məqsədi ilə məcburi icra tədbirləri həyata keçirilərək Borclu mülkiyyətində «VAZ 21063» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-854/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məxsus «VAZ 21063» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-854/2023 nömrəli icra sənədinin surətindən görünür ki, Borclu xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 31 may 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İşə əlavə edilmiş Borclu ünvanlanmış xx.xx.2023-cü tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etmək üçün 10 gün müddətində vaxt verilmişdir. Təqdimata əlavə edilmiş «Elektron İcra sistemi» məlumatlarından görünür ki, «VAZ 21063» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Borclu tərəfindən tələb könüllü icra edilmədiyindən məhkəmə hesab edir ki, icra vərəqəsinin icrasını təmin etmək üçün təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-854/2023 nömrəli icra sənədi üzrə Borclu mülkiyyətində olan VAZ 21063» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-67/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-67/2024
24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver