Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-68/2023 01.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi və Borclu iştirakı ilə Goranboy Rayon Məhkəməsindən daxil olmuş İddiaçı cavabdeh Borclu qarşı atalığın müəyyən edilməsi və alimentin tutulması tələbinə dair mülki iş üzrə məhkəmə tapşırığına əsasən onun barəsində ayrı-ayrı hərəkətlərin aparılmasına dair məhkəmə tapşırığına açıq məhkəmə iclasına baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy Rayon Məhkəməsindən daxil olmuş 2(045)-1098/2023 saylı 05 iyul 2023-cüil tarixli qərardadı ilə İddiaçı cavabdeh Borclu qarşı atalığın müəyyən edilməsi və alimentin tutulması tələbinə dair cavabdeh Borclu hazırkı iddia tələbi ilə bağlı izahatının alınması barədə Qazax Rayon Məhkəməsinə İddiaçı cavabdeh Borclu qarşı atalığın müəyyən edilməsi və alimentin tutulması tələbinə dair iddia ərizəsinin surətinin Borclu təqdim edilməsi və Borclu təqdim olunmuş iddia ərizəsinə münasibəti və iddianı qəbul edib-etməməsi barədə izahatın alınması barədə məhkəmə tapşırığı göndərilməsi qərara alınmışdır. Qazax Rayon Məhkəməsi tərəfindən məhkəmə tapşırığı icra olunması üçün cavabdeh Borclu iddia ərizəsinin surəti təqdim olunması və Borclu təqdim olunmuş iddia ərizəsinə münasibəti və iddianı qəbul edib-etməməsi barədə izahat alınması üçün Qazax rayonu Barxudarlı kəndində qeydiyyatda olmaqla, Qazax rayonu Xanlıqlar kəndində yaşayan Borclu bildiriş göndərilmişdir. Məhkəmə iclasında Borclu ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin surətiniilə tanış olduğunu, iddia ərizəsi ilə razı olmadığını, İddiaçı ilə ayrılan zaman onun hamilə olmamış və heç bir uşaq olmadığını qeyd etmişdir. İddianın rədd olunmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Goranboy Rayon Məhkəməsindən daxil olmuş 2(045)-1098/2023 saylı 05 iyul 2023-cüil tarixli qərardadı ilə İddiaçı cavabdeh Borclu qarşı atalığın müəyyən edilməsi və alimentin tutulması tələbinə dair Borclu barəsində ayrı-ayrı hərəkətlərin aparılmasına dair məhkəmə tapşırığı yerinə yetirilmiş hesab edilməlidir və qərardadın surəti Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 83, 84 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Goranboy Rayon Məhkəməsindən daxil olmuş İddiaçı cavabdeh Borclu qarşı atalığın müəyyən edilməsi və alimentin tutulması tələbinə dair mülki iş üzrə Borclu barəsində ayrı-ayrı hərəkətlərin aparılmasına dair məhkəmə tapşırığı yerinə yetirilmiş hesab edilsin və qərardadın surəti Goranboy Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-68/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-68/2023
01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver